Bakıda da qızılcaya yoluxanlar var - XƏBƏRDARLIQ

Bakıda da qızılcaya yoluxanlar var - XƏBƏRDARLIQSon günlər ölkəni cənginə alan qızılca xəstəliyinə yoluxanların sayının artması səhiyyə işçilərini hərəkətə gətirib. Səhiyyə Nazirliyi noyabr ayında verdiyi açıqlamada bəzi bölgələrdə qızılca virusuna tək-tək yoluxma hallarının müşahidə edildiyini açıqlasa da, statistikaya nəzər salsaq görərik ki, noyabrın ikinci ongünlüyündə təkcə Kürdəmirdə xəstəxanaya yoluxma ilə bağlı 60-a yaxın müraciət daxil olub. Maraqlısı budur ki, qızılca təkcə uşaqlar arasında deyil, böyüklərdə də müşahidə edilir. Belə ki, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Cəlilabad filialında da tələbələrdən qızılcaya yoluxanlar var. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda ən son 2018-ci ildə qızılcaya yoluxanların sayı builki qədər yüksək olub. Hazırda yoluxmaların daha çox bölgələrdəki məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil etdiyi deyilsə də, qızılca artıq paytaxta da ayaq açıb…
KONKRET.azxəbər verir ki, tanınmış pediatr Qoşqar İsmayılov Pravda.az-a açıqlamasında deyib ki, Bakıda da məktəbəqədər və məktəblilər arasında qızılcaya yoluxanlar var: "Son iki-üç ayda qızılca geniş vüsət alıb. Təəssüf ki, uşaqlar arasında daha çox rast gəlinir. Xüsusən də, məktəbəqədər və məktəblilər arasında qızılcaya yoluxanlar var. Yoluxmaya ən birinci səbəb budur ki, uşaqlara vaxtında – 1 yaşında üçü birində qızılca, məxmərək və epidemik parotit əleyhinə peyvənd vurulmur. Birinci buna diqqət etmək lazımdır. Valideynlərə tövsiyə edirik ki, peyvənləri vaxtlı-vaxtında vurdursunlar. Uşaqları 1 yaşında ilk peyvənddən sonra 6 yaşında da təkrar pevənd – revaksiyanasiya etdirsinlər".
Həkim xəbərdarlıq edib ki, qızılca xəstəliyi əsasən ilk üç-dörd gün ərzində yüksək hərarət, yaxud supervin hərarətlə müşahidə edilə bilər: "Boğaz şişkinliyi, boğazağrısı kimi kataral əlamətlərlə başlayır. Sonra səpgilər yaranır, səpgilər xüsusən qulaq dibindən başlayır, sonradan bütün bədənə, ətraflara yayılır. Səpgi olanda artıq diaqnoz qoya bilirik ki, bu, qızılcadır. Qızılcanın müalicəsi yüngül hallarda ev şəraitində aparılır. Lakin ciddi vəziyyətdə, yəni yüksək hərarət davam edirsə, xəstənin infeksion xəstəxanalarda yatırılması məsləhətdir. Xəstə izolyasiya olunmalıdır. Bağçaya və ya məktəbə getmək olmaz. Həkim təyinatına uyğun olaraq xəstə müalicəsini almalıdır".

Sağlamlıq       Tarix: 24 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün son xəbər son xeberler az sosial yardim