Bakıda daha bir neçə dönərxananın fəaliyyəti dayandırıldı - SİYAHI

Bakıda daha bir neçə dönərxananın fəaliyyəti dayandırıldı - SİYAHIAzərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA )dönərxanalarda keçirilən monitorinqlərin növbəti nəticələrini açıqlayıb.
Bu barədə azxeber.com-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, Agentliyə vətəndaşlardan daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrdə paylaşımlar və mediada dərc olunmuş məlumatlar müvafiq qaydada təhlil edilərək, bu sahədə araşdırmaların miqyası daha da genişləndirilib.
Agentlik dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Bakı şəhərinin müxtəlif ərazilərində dönər satışı həyata keçirilən qida obyektlərində monitorinqlərin növbəti nəticələrini açıqlayıb.
Noyabr ayının ilk ongünlüyündə keçirilən monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsində uyğunsuzluq aşkarlanmış aşağıda adları qeyd olunan dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən növbəti plandankənar yoxlamalar həyata keçirilib:
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi 7A ünvanında fəaliyyət göstərən dönərxana;
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində (160 nömrəli marşrut xəttinin son dayanacağı) fəaliyyət göstərən "Kral Dönər";
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 2 ünvanında fəaliyyət göstərən "Stop Dönər";
Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi 122 ünvanında fəaliyyət göstərən dönərxana;Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında fəaliyyət göstərən "Şaurma" restoranı;
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan ştq, Z.Əliyev küçəsi 27Q ünvanında fəaliyyət göstərən "Doneritto" restoranı;
Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 114 ünvanında fəaliyyət göstərən "Dönər Storm";
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ştq, Sədərək TM, Zona 3, korpus 15, mağaza 127 ünvanında fəaliyyət göstərən "Ordubad" kafesi.
Yoxlama zamanı qida blokunda çalışan işçi personaldan, qidaların hazırlanması sahələrində səthlərdən, alət və ləvazimatlardan, doğrama lövhələrindən, dönər şişlərindən, "Çiy toyuq əti dönəri", "Çiy mal əti dönəri", "Bişmiş toyuq əti dönəri", "Bişmiş mal əti dönəri" və digər məhsullardan nümunələr götürülüb. Müayinələr nəticəsində "S.Aureus", "E.Coli", "Salmonella" aşkarlanıb.
Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda qida obyektlərində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub.

Sosial       Tarix: 25 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal bugun valyuta məzənnələri xeberler xeber.az son xeberler