Bakıda dini toy karvanı təşkil edənlərin - FOTOLARI
Bakı şəhərində üzərində ərəb hərfləri ilə yazılmış bayraqlar olan toy karvanında iştirak edən, habelə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərini pozaraq toy məclisi təşkil edən şəxslərlə bağlı yeni məlumatlar var.
Azxeber.com-un Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, toy karvanında iştirak etmiş 17 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, protokollar tərtib olunaraq baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Belə ki, onlardan 14 nəfəri barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci (Avtoxuliqalıq) maddəsi ilə, 3 nəfər barəsində isə 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə ilə protokollar tərtib olunub.
Toy təşkilatçıları olan Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov saxlanılaraq barələrində cinayət işi başlanılıb.
Qeyd edək ki, oktyabrın 24-də Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, rayonun Şüvəlan qəsəbə sakinləri – Ağəli Hüseynzadə və Ağakərim Balaəhmədov yaşadıqları ünvanda Ağaverdi Balaəhmədov üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarını kobud şəkildə pozmaqla toy şənliyi təşkil ediblər.















Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR