Bakıda dişini çəkdirən qadın öldü

Bakıda dişini çəkdirən qadın öldüBakıda dişini çəkdirən qadın dünyasını dəyişib.
KONKRET.az  Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir.
Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlıq Mərkəzinə müraciət edib. Ailənin iddiasına görə, stomatoloq Samir Novruzov dişi çəkdikdən sonra mərhumun halı kəskin pisləşib. Vəziyyəti ağırlaşan Leyla Əhmədova Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilib. Həkim Məhəmməd Davudov tərəfindən müalicə və əməliyyat olunaraq Reanimasiya şöbəsinə götürülən xəstə sentyabrın 6-da dünyasını dəyişib.
"Müayinə zamanı iynə vurularkən qızım kəskin ağrıdan qışqırdı. Hətta assistenti də həkimə sinirə toxunduğunu bildirdi. İltihablı və şişkin dişi rentgensiz çıxardı. Evə gələndən sonra da ağrısı və keylik keçmədi. Həkim heç bir məsuliyyət daşımadığını deyir. Mənim övladım bir dişin qurbanı oldu. Cəzasını çəkməsini tələb edirəm", – mərhumun anası deyib.
"Xəstə müraciət etdi, biz öz işimizi gördük. Rentgenə ehtiyac olanda göndəririk. Hazırda məsələ ilə bağlı TƏBİB və hüquq-mühafizə orqanları araşdırma aparır. Ətraflı məlumatı aidiyyəti qurumlardan ala bilərsiniz", – deyə diş həkimi Samir Novruzov bildirib.

Hadisə       Tarix: 25 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Salyanda motosiklet piyadanı vuraraq öldürdü

Salyanda motosiklet piyadanı vuraraq öldürüb. APA-ya istinadla xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb. "Muravey" markalı motosiklet yolu keçən piyadanı vurub. Ağır xəsarətlər alan piyada xəstəxanad

Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Qeyd edilib ki, zəlzələ hiss olunmayıb

Məşhur aktrisa vəfat edib

Tanınmış rusiyalı aktrisa Anna Şerlinq 46 yaşında dünyasını dəyişib. xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Anna Şerlinqin ölüm xəbərini atası, tanınmış teatr rejissoru və xoreoqraf Yuri Şerlinq də təsdiqləyib

Bakıda insident: dayısını bıçaqladı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə Maştağa qəsəbəsinin Hüsü Hacıyev küçəsində qeydə alınıb. 1982-ci il təvəllüdlü Nüsrət Müslüm oğlu Məmmədov yaşadığı evd

Lənkəranda evdən 75 min manat pul oğurlandı - Saxlanılanlar var

Lənkəranda evlərin birindən küllü miqdarda pul oğurlayanıb. KONKRET.azxəbər verir ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran rayonu ərazisində yerləşən evlərdən birindən 500 manat və içərisində 75 0

Ağdamda kəhriz quyusundan meyit tapıldı

Ağdam rayonunun Şelli kəndində ölüm hadisəsi baş verib. apa-ya istinadən xəbər verir ki, kənd ərazisində yerləşən kəhriz quyusundan Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü Hacıyev Müşfiq Aqil oğlunun meyiti aşkarlanıb

Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü

Yevlax sakini binanın 4 cü mərtəbəsindən yıxılaraq ölüb. xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb. Qadın ağır vəziyyətdə Yevlax şəhər Mərkəz

Minlərlə agentin məlumatları oğurlandı - Haker qrupu kütləvi hücuma keçdi

"ShinyHunters" haker qrupunun ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) bazasına daxil olaraq minlərlə hazırkı və keçmiş agentin, eləcə də qurumda işləmək üçün müraciət edən şəxslərin məlumatlarını oğurladığı iddi

"Aşk-ı Memnu"nun "Arsen"i vəfat etdi

Məşhur "Aşk-ı Memnu" serialında "Arsen" obrazını canlandıran tanınmış aktrisa Gülsen Tuncer 81 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Qeyd edək ki, Gülse


son xeberler yeni xeberler azerbaycan xeberleri maraqlı xəbərlər hava durumu son xəbərlər enson xeberler