Bakıda əhalinin tibbi müayinəsi ilə bağlı yeni qeydiyyat sistemi yaradıldı

Bakıda əhalinin tibbi müayinəsi ilə bağlı yeni qeydiyyat sistemi yaradıldıTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) mövcud və ya yeni salınan şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin əhalisinin sayının artması ilə bağlı ilk olaraq pilot layihə kimi Bakı şəhəri üzrə ilkin səhiyyə xidmətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədilə əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlayıb.
TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, paytaxt əhalisi haqqında tibbi məlumatların toplanmasına, gələcəkdə xəstəliklərin vaxtında aşkarlanmasına, risk qrupuna daxil olan xəstələrin müəyyənləşdirilməsinə və vaxtında müayinələrin aparılmasına xidmət edən bu proses nəticəsində Bakı şəhəri üzrə artıq 2 milyona yaxın vətəndaşın tibb müəssisələrinə təhkim olunması üçün qeydiyyatı aparılıb.
"E-tabib" mobil tətbiqində bu məqsədlə yeni qeydiyyat sistemi yaradılıb. Bakı şəhərində proses başa çatdıqdan sonra respublikanın ayrı-ayrı rayonları üzrə də əhalinin tibb müəssisələrinə təhkim olunmasına başlanılacaq.
Nazirlər Kabinetinin 2020-ci il 17 mart tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sığortaolunanların ilkin tibbi-sanitariya yardımı üzrə dövlət tibb müəssisəsinə təhkimolunma Qaydası"na əsasən aparılan proses yeni yaşayış yerləri və əhalinin sayı üzrə xidmət əlçatanlığını təmin etmək, yaşayış yerləri üzrə ehtiyacı müəyyənləşdirərək tibbi xidmət şəbəkəsinin qurulması, dispanser qeydiyyatında olan xəstələrin, tibbi xidmətə ehtiyac duyan həssas əhali qrupunun dəqiq sayının müəyyənləşdirilməsi, dispanser müşahidəsinin təşkili, vətəndaşların tibbi sənədlərinin toplanması və sistemləşdirilməsi məqsədi daşıyır.
Bu proses eyni zamanda uşaq əhalisinin vaksinasiya planının daha dəqiq tərtib olunmasına və həmin təqvim planına əsasən peyvənd preparatlarının alınmasına, risk qrupunda olan uşaqların və eləcə də böyüklərin müayinəsinin aparılmasının asanlaşmasına imkan verəcək. İlin sonuna qədər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən Bakı şəhərində bu prosesin yekunlaşdırılması planlaşdırılır.
Bu proses həmçinin gələcəkdə həkimlərin qiymətləndirilməsini, onların iş yükünün müəyyən olunmasını və xəstə sayı haqqında məlumatları da əlçatan edəcək.

Sağlamlıq       Tarix: 18 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən yeni xəbərlər valyuta mezenesi sosial yardim cəbhədən şad xəbər