Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİ

Bakıda evi satan kirayənişin ölkədən qaçıb - RƏSMİBakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri olmadan satıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) "Qafqazinfo"nun sorğusuna cavab verib.
"Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında müvafiq araşdırma aparılıb, istintaq hərəkətləri icra olunub.
Araşdırmalarla müəyyən edilib ki, Rauf Kazımov özgənin əmlakını etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Leyla Nəbiyevanı aldadaraq xüsusi mülkiyyət hüququ ilə sonuncuya məxsus Xətai rayonunda yerləşən mənzili ötən ilin iyun ayında icarə müqaviləsi əsasında 1 il müddətinə icarəyə götürüb. 10 gün sonra Rusiya Federasiyasında yerləşən notariat dairəsinə yalan informasiya verməklə etibarnamə əldə edib. Azərbaycana qayıtdıqdan sonra isə Leyla Nəbiyevanın razılığı və məlumatı olmadan həmin etibarnamə əsasında daşınmaz əmlakı başqa şəxsə sataraq ev sahibəsinə 300 min manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törədib.
Binəqədi Rayon Polis İdarəsində fakta görə cinayət işi başlanılıb və cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilib ki, R.Kazımov tanışları Anar Hacıyev, Emin İbrahimov və qeyriləri ilə qabaqcadan əlbir olaraq qrup halında cinayət əlaqəsinə girərək qeyd edilən əməli törədiblər.
Sonra istintaqla araşdırılan yolla mülkiyyətçi tərəfindən sözügedən mənzilə dair bütün mülkiyyət hüquqlarını R.Kazımova etibar edilməsinə dair əldə olunan etibarnamə ilə əvvəlcə Anar Hacıyevə, bundan sonra Dəyanət Əmrahova və nəhayət Azər Həsənova satılmasını həyata keçirərək özgəninkiləşdirilməsinə nail olunub.
İstintaq zamanı R.Kazımov və A.Hacıyevin alqı-satqı proseslərini həyata keçirdikdən sonra ölkə hüdudlarından kənara getmələri müəyyən edilib. 
Bundan başqa Emin İbrahimovun da eyni üsulla cinayət törətməsi faktı əsasında onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi istintaq olunub, həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Hazırda həmin şəxslərin saxlanılması və qrupun digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir", - açıqlamada qeyd edilib. / azxeber.com

Sosial       Tarix: 16 may 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler azerbaycan xeberleri yeni xeberler apa.az xeberler sou biznes cəbhədən canlı azerbaycanda son xeberler