Bakıda gəmidə yanğın olub - YENİLƏNİB + VİDEO
Bakıda gəmidə yanğın olub - YENİLƏNİB + VİDEO
Bakıda gəmidə baş verən yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
"Xəbər verildiyi kimi, 10 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Gəminin daxili bölmələrinin mürəkkəb və yanar konstruksiyalara malik olması və nəticədə meydana çıxan qapalı qatı tüstününün söndürmə işlərinə mane olmasına baxmayaraq, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın geniş sahəyə yayılmasının qarşısı alınaraq söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb", - FHN-dən bildirilib.
15:00
Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yanalma körpüsündə doğranmaqda olan gəmidə yanğın olub.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. /oxu.az

Yenilənmiş 100 manatlıqlar bu tarixdə tədavülə buraxılacaq
Nazirlik birdəfəlik müavinətlə bağlı məlumat yaydı
AccessBank Qarabağda qadın sahibkarlar üçün maarifləndirici təlim keçirib
Aİ Navalnının ölümü ilə bağlı 6 rusiyalı alimə sanksiya tətbiq etdi
Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb
Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
Rusiyaya səfər öncəsi Paşinyandan diqqətçəkən açıqlama: Görün hansı mesajları verdi
Rəqəmsal inkişaf sahəsində strateji baxış vahid idarəetmə modeli çərçivəsində əlaqələndirilir
Coratda 2 nəfər dənizdə batdı, biri qadındı
Qəzalar və "qaymaqlar": 5 il həbs aldı, amma... - ARAŞDIRMA
DÇ-2026: 1/8 final mərhələsinin bütün cütləri müəyyənləşdi
"Fənərbaxça" Natan Akeni transfer edib
Yulian Naqelsmann Almaniya millisindən getdi
"Kəpəz"ə yeni rəhbər seçildi
Ərdoğan Meloni ilə danışdı