Bakıda gitaraçının güllələnməsi ilə bağlı cinayət işi açıldı
Sentyabrın 8-də, saat 12 radələrində Nofəl Süleymanlının paytaxtın Nizami rayonu ərazisində yaşadığı evdə odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlər nəticəsində ölməsi barədə məlumat daxil olub.
Open.az-a daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə məhkəmə-ballistik, kriminalistik və tibbi ekspertlərin iştirakları ilə baxış keçirilmiş, hadisə yerindən müvafiq qan, giliz, silah və iş üzrə əhəmiyyət kəsb edən digər əşya və predmetlərin götürülməsi təmin edilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, həmin gün saat 12 radələrində 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan «Escot» markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyyəsinə dəymiş, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

"Azərbaycanı vurardıq" bəyanatına Bakıdan cavab: "İranda yaxşı bilirlər ki…"
Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ
"Qarabağ"dan böyükhesablı qələbə - Yeni transferdən het-trik
Azercell və Samsung-dan yeni kampaniya
Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatdı
Leandro Andrade "Qarabağ"dan GETDİ
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Son dəqiqə qərarı: Bu ölkədə prezident postu ilə vidalaşır
Paşinyan Ukraynanın bərpasına... "Kiyev" körpüsündən başladı - FOTOLAR
Xameneinin müşaviri sərt danışdı: "Cavab veriləcək!"
Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik etdi - Foto
Argentinalı futbolçu xanımı və iki övladını zəlzələdə itirdi
Uqandada hərbçilər televiziya kanallarının yayımını dayandırdılar
Tovuzda qəza olub, ölən və xəsarət alanlar var
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar