Bakıda havaya atəş açan silahlı şəxslər saxlanılıb

Bakıda havaya atəş açan silahlı şəxslər saxlanılıbBakıda havaya atəş açan silahlı şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, martın 24-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Priora" markalı avtomobilin sərnişini Bakı şəhər sakini olan bir qadını təhqir edib silahdan havaya atəş açıb.
Görülmüş tədbirlərlə martın 25-də Bərdə şəhəri ərazisində həmin avtomobilin sürücüsü, şəhər sakini Əli Əsədov saxlanılarkən idarə etdiyi avtomobili 3 avtomobilə vurub və orada xidmət aparan polis əməkdaşlarına müqavimət göstərərək sərnişinləri ilə birgə hadisə yerini tərk edib.
Həmin gün saat 12 radələrində Güloğlular kəndi ərazisində Ə. Əsədov və sərnişinləri olan həmyerliləri, əvvəllər məhkum olunmuş Fərid Aslanov (qadını təhqir edib silahla havaya atəş açmış) və Asif Süleymanov avtomobillə birgə saxlanılıblar.
Avtomobilə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəsilmiş "İJ-16" markalı tüfəng, 1 ədəd bıçaq və 73,83 qram marixuana aşkar edilərək götürülüb.
F. Aslanovdan 3,32 qram heroin, 1 ədəd beşbarmaq, A. Süleymanovdan isə 7,60 qram tiryək götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə       Tarix: 27 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü

Neftçala rayonunda bədbəxt hadisə baş verib. KONKRET.azxəbər verir ki, hadisə rayonun Pirətəvan adlanan ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayonun Həsənabad qəsəbə sakini, 3 yaşlı uşaq velosipedlə hərəkətdə olarkə

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR

Əhmədlidə yerləşən kafelərin birində baş vermiş kütləvi dava-dalaş və qətl hadisəsi ilə bağlı saxlanılan şəxslər Xətai Rayon Məhkəməsinə gətiriliblər. xəbər verir ki, bununla bağlı "Real TV" görüntülər yayımlayıb

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son.xeber dunya xeberleri