Bakıda həkim intihar etdi - Cinayət işi başlanıldı
Bakı şəhər Prokurorluğu paytaxt ərazisində baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb.
Bakı şəhər Prokurorluğundan Open.az-a bildirilib ki, fevralın 7-də paytaxt sakini 1971-ci il təvəllüdlü Sənan Həsənovun müqavilə əsasında işlətdiyi Yasamal rayonu, H.Cavid prospekti, 19 saylı ünvanda yerləşən aptekdə özünü naqillə asaraq intihar etməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı boyun nahiyyəsində stranqulyasiya şırımından başqa hər hansı xəsarət və ya xəsarət izi aşkar olunub.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, məhkəmə-tibb ekspertizası təyin edilib.
İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. /open.az

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU