Bakıda hosteldə nöqsanlar aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi ev 3 ünvanında fəaliyyət göstərən "Centrum" hostelində monitorinq keçirib.
Agentlikdən KONKRET.az-a verilən məlumata görə, monitorinq zamanı qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu məlum olub.
Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçirilmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsinin antisanitar şəraitdə saxlanıldığı və mütəmadi təmizlik işlərinin aparılmadığı, avadanlıqların korroziyaya uğradığı, səthlərin (qida məhsulları ilə təmasda olan səthlər də daxil olmaqla) asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi müəyyən olunub.
Həmçinin, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin soyunma və geyinməsi üçün müvafiq dolabın təşkil edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Eyni zamanda, mətbəx sahəsində çalışan işçilərin ilkin və dövri tibbi müayinədən keçməsini təsdiq edən sağlamlıq arayışları yoxlamaya təqdim edilməyib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görülərək müəssisənin mətbəx sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi