Bakıda iki avtobus toqquşub, 9 nəfər xəsarət alıb

Bakıda iki avtobus toqquşub, 9 nəfər xəsarət alıbBakı Nəqliyyat Agentliyi Bakıda iki avtobusun toqquşması ilə nəticələnən qəza barədə məlumat yayıb.
Agentlikdən Open.az-a verilən xəbərə görə, nin yanvarın 30-da Ziya Bünyadov prospektində iki sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata əsasən, qəzaya səbəb 3-cü mikrorayon dairəsi istiqamətində hərəkət edən (90 LF 973 Dövlət Qeydiyyat Nişanlı) minik avtomobilin sürücüsünün qəfil əyləcə basması olub. Bu zaman minik avtomobilin arxası ilə hərəkətdə olan "İ-Qafqaz" şirkətinin müvəqqəti istismarında olan 211 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (10 TG 263 Dövləq Qeydiyyat Nişanlı) avtomobillə toqquşub.
Eyni istiqamətdə hərəkətdə olan Xaliq Faiqoğlu şirkətinin müvəqqəti istismarında olan 85 nömrəli marşrut xətti üzrə sərnişin avtobusu (99 JP 595 Dövlət Qeydiyyat Nişanlı) isə 211 nömrəli avtobusa dəyib. Qəza nəticəsində hər iki avtobusda olan sərnişlərdən bəziləri xəsarət alıb. Qeyd edilən qəza bir daha onu göstərir ki, hələ də əksər daşıyıcılara aid avtobus sürücülərinin peşəkarlığı qənaətbəxş deyil. Buna da səbəb daşıyıcıların sürücü heyəti ilə əmək münasibətlərini düzgün və qanunvericiliyin tələbinə uyğun qurmaması, nəticədə qeyri-peşəkar şəxslərin sürücü kimi işə cəlb olunmasıdır.
Bir daha daşıyıcılara bildiririk ki, müntəzəm marşrutlar üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirərkən təhlükəsizliyin təmin edilməsi məqsədi ilə mövcud qanunvericiliyin və Bakı Nəqliyyat Agentliyinin tələblərinə ciddi riayət olunmalıdır. Sərnişinlərin rahatlığı və təhlükəsizliyi mühüm əhəmiyyət kəsb etdiyinə görə bu qaydalara əməl etməyən daşıyıcıların müvəqqəti istismarında olan xətlər müsabiqəyə çıxarılmaqla onlarla bağlanan müqaviləyə xitam veriləcək. /open.az

Hadisə       Tarix: 31 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. xəbər verir ki, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş Uşaq Xəstəxanasına yerləşdirilib. Təxminən 20 dəqiqə sonra körpə vəfat edib

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Bakı məktəbində faciə: 7-ci sinif şagirdi…

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə bədbəxt hadisə baş verib.  bildirir ki, -ın əldə etdiyi məlumata görə, məktəbin 7-ci sinif şagirdi olan qız pəncərədən yıxılıb. Hadisə nəticəsində şagird həyatın


azerbaycan xeberleri son xeberler yeni xeberler hava proqnozu havanın temperaturu az xeber xeberlər