Bakıda iki avtomobil toqquşub, ölən var - FOTO
Bakıda iki avtomobil toqquşub, ölən var - FOTO
Axşam saatlarında paytaxın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, qəza şadlıq sarayının yaxınlığındakı körpüdə qeydə alınıb. Hadisə zamanı "Toyota" və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Hadisə şahidlərinin bildirdiyinə görə, "Toyota" markalı avtomobilin sürücüsü tuneldə yol-hərəkəti qaydasını pozaraq əks yola çıxıb. Bu zaman nəqliyyat vasitəsi "Mercedes"lə toqquşub.
İlkin məlumata görə, hər iki avtomobildə olan ümumilikdə beş nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərbənin gücündən "Mercedes" markalı avtomobilin sürücüsü avtomobildə sıxılı vəziyyətdə qalaraq ölüb.
Əraziyə Nəsimi Rayon Polis İdarəsinin, DYP, təcili tibbi yardım briqadasının və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü sıxılmış avtomobildən çıxarılaraq aidyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar hər iki istiqamətdən körpüyə giriş-çıxış bağlanıb. Faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli



Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR