Bakıda "iki təkər" qaldıran sərxoş sürücü həbs olundu
Bakıda avtoxuliqan həbs olunub.
KONKRET.az xəbər verir ki, 21 yaşlı N. İsmayılzadə Qaradağ rayonu Sahil qəsəbəsində idarə etdiyi VAZ-2107 markalı avtomobili sağa-sola hərəkət etdirərək, təkərlərini yerdən qaldırıb.
Nəticədə o, yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Onun həmçinin sərxoş olduğu müəyyənləşib.
Buna görə də avtomobil duracağa yerləşdirilib. Lakin bu zaman N. İsmayılzadə polisin tələbinə əvvəlcə tabe olmayıb. Fakt əsasında onun barəsində müvafiq protokollar tərtib olunub.
İsmayılzadə ifadəsində əməlindən peşman olduğunu bildirib.
Məhkəmənin qərarı ilə N. İsmayılzadə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs olunub.
Xidmetler [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
Bakıda iki maşın toqquşdu, yaralanan var
Bəzi ərazilərdə qaz kəsiləcək
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır