Bakıda kirayə qalan əcnəbilərin bazar payı nə qədərdir? - FOTO

Bakıda kirayə qalan əcnəbilərin bazar payı nə qədərdir? - FOTOBakıda kirayə qalan əcnəbilərin bazar payı nə qədərdir? - FOTO
Bakıda kirayə mənzil bazarının 10-15%-ni əcnəbi vətəndaşlar təşkil edirlər.
Bunu "Report"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyib.
O qeyd edib ki, Bakıda kirayə mənzillərdən istifadə edən əcnəbi vətəndaşları bir neçə qrupa bölmək olar.
Onun sözlərinə görə, Gürcüstandan və Rusiyadan olan soydaşlarımızın bir çoxu Bakıda işlədiyi üçün kirayə ev tutmağa üstünlük verirlər:
"Ölkəmizdə uzun müddət qalan əcnəbilər daha çox sərfəli olduğu üçün evi kirayə götürməyə üstünlük verirlər. Qeyd edim ki, Bakıda olan turistlərin çoxu Gürcüstan və Rusiya vətəndaşı olmasına baxmayaraq, əksəriyyəti soydaşlarımızdır. Ukrayna-Rusiya müharibəsi səbəbindən onlar ölkəmizə üz tutublar və geri qayıtmayıblar".
R.Qasımzadə bildirib ki, digər ölkələrdən - ərəb ölkələri, Hindistan, Pakistandan Azərbaycana iş üçün gələn və 90 gündən artıq burada qalan vətəndaşlar da var:
"Onlar əsasən ucuz olan evləri kirayələməyə üstünlük verirlər. Əcnəbilər Bakıda daha çox qiyməti 1 000 manata qədər olan kirayə evləri axtarırlar. Daha yuxarı qiymətə kirayə qalanlar isə ölkəyə müvəqqəti istirahət üçün gələnlərdir. Ərazi baxımından ölkəmizdə uzun müddət qalan əcnəbilər daha çox Xətai, Nəsimi, Nizami rayonlarında ev kirayələyirlər. Qısa müddətə gələn əcnəbilər isə daha çox şəhərin mərkəzinə üz tuturlar. Hotellərdə yox mənzillərdə qalmaq istəyən turistlər, yəni qısa müddətə istirahətə gələnlər isə gündəlik 30-60 manatdan başlayan evlərdə qalmağa üstünlük verirlər. Qeyd edim ki, Azərbaycanda daha çox qalmaq istəyən əcnəbilər "Miqrasiya haqqında" Qanuna əsasən, ölkə ərazisində azı 200 min manat dəyərində daşınmaz əmlaka və ya Azərbaycanda fəaliyyət göstərən banklarda müddətli əmanət müqaviləsi əsasında azı 200 min manat məbləğində pul vəsaitinə sahib olmalıdırlar. Bu halda onlara Azərbaycanda daimi yaşamaq üçün icazə verilir".
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, əcnəbi vətəndaşlar kirayə qaldıqları mənzillərə müvəqqəti qeydiyyata düşmək məcburiyyətindədirlər:
"Onlar Azərbaycana gələndə - iş vizası, təhsil və ya hər hansısa formada qalmaqları üçün onlardan qeydiyyat ünvanları tələb olunur. Bu səbəbdən onlar evləri uzun müddətə kirayələməyə və oraya müvəqqəti qeydiyyata düşməyə çalışırlar. Əcnəbi vətəndaşların kirayə müqavilələri notarial qaydada qeydiyyata alınır. Müqavilədə onlar kirayə üçün ödədikləri məbləği göstərərək həmin ünvana müvəqqəti qeydiyyata düşürlər. Qeyd edim ki, Türkiyə vətəndaşları daha çox metronun "Nəriman Nərimanov", "Elmlər Akademiyası" stansiyalarına yaxın ərazilərdə, Avropa ölkələrindən gələnlər isə daha çox şəhərin mərkəzində kirayə qalırlar. Asiya vətəndaşları isə ən ucuz həyət evlərində qalmağa üstünlük verirlər".
"Azərbaycan Rieltorlar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elnur Azadov qeyd edib ki, əcnəbilərin Azərbaycana axını "Əsrin müqaviləsi" imzalandıqdan sonra başlayıb.
O qeyd edib ki, o dövrlərdə bazarda əcnəbilərin tələblərinə cavab verən mənzillər mövcud deyildi:
"Bir çox xarici şirkətlər yerli bazardan mənzilləri götürərək təmir edir və öz işçilərini yerləşdirirdilər. Daha sonra xaricdə iş təcrübəsi olan vətəndaşlarımız ölkədə müəyyən standartlara cavab verən mənzillər tikərək neft şirkətlərinə kirayə verməyə başladılar. Bazar inkişaf etdikcə artıq yerli əhali də mənzillərini təmir edərək neft şirkətlərində çalışan işçilərə kirayə verməyə çalışırdı. O zamanlar müəyyən standartlara cavab verən mənzillərin kirayə qiymətləri yerli əhalinin gəlirlərini qat-qat üstələyirdi. Tədricən neft şirkətlərində çalışan xarici vətəndaşların sayı azaldı. Təkliflər isə artmaqda davam etdiyi üçün kirayə qiymətləri stabilləşməyə başladı. Son 10 il ərzində, ölkədə artıq turizmin inkişafı başladıqdan sonra günlük kirayə verilən evlərin sayı artmağa başladı. Bu da əsasən şəhərin mərkəz hissəsini əhatə edir".
Bakıda kirayə qalan əcnəbilərin bazar payı nə qədərdir? - FOTOE.Azadovun sözlərinə görə, kirayə mənzillər yerləşdiyi yerdən, otaq sayından və şəraitindən asılı olaraq günü 50 manatdan 300 manatadək dəyişir:
"Əsas seqment 50-150 manat aralığındadır. Bu tip kirayə evlərdən daha çox ölkəmizə səfər edən böyüktərkibli ailələr istifadə edir. Çünki adam sayı çox olduğu üçün hotellərdə qalmaq nisbətən baha başa gəlir. Hazırda bazarda olan günlük kirayə mənzillərinin 70%-də xarici vətəndaşlar qalır".
O hesab edir ki, Bakıda ümumilikdə mənzil fondunun 17-18%-i kirayə verilir:
"Bunun təxminən 1/3 hissəsində tələbələr yerləşir. Ümumi kirayə götürülən yaşayış fondunun 2-3%-ini isə əcnəbi vətəndaşlar təşkil edir. Buraya həm günlük kirayə, həm də, aylıq kirayə qalan xarici vətəndaşlar daxildir".
E.Azadov vurğulayıb ki, kirayə mənzillərinə tələb həm də mövsümi xarakter daşıyır:
"Hər hansısa tədbirlər keçirildiyi zaman ölkəyə gələn xarici vətəndaşların sayı artdığı üçün tələb də artır. Ərəb ölkələrindən turistlər Azərbaycana daha çox yay aylarında, Novruz Bayramı və Yeni İl ərəfəsində gəlirlər. Hazırda şəhərdə günlük mənzillərin 80%-i doludur, qalan 20%-ə yaxın hissəsi isə müştəri axtarışındadır".

Turizm       Tarix: 27 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO

Yeni açılacaq xüsusi restoranda bir nəfərin yemək xərci 450 min dollar olacaq - FOTO. Danimarkalı aşpaz Rasmus Munk yüksəksəviyyəli mətbəxi kosmosun kəndarına çıxarmaq istəyir və inanılmaz yemək təcrübələri təqdim etməy

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın

AZAL ilə Pekinə xüsusi qiymətlərlə səyahət etmək fürsətini qaçırmayın. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 2024-cü il mayın 31-nə kimi Bakı və Pekin arasında uçuşlara xüsusi tariflər təqdim edir. Təklif həm bir tərəfə

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler bu gunun xeberleri valyuta mezennesi xəbərlər.com