Bakıda klinika vəfat edən bloqerə görə cəzalandırıldı

Bakıda klinika vəfat edən bloqerə görə cəzalandırıldıBloqer Nərmin Bəylər qızı İsgəndərovanın (Mehdiyevanın - red.) vəfatı ilə bağlı günahkar qismində adı hallanan "Mərcan Medicare" klinikasında çalışan və sözügedən əməliyyatda iştirak etdiyi qeyd olunan Nurlan Həsənli ilə bağlı bir sıra suallar yaranmışdı.
Klinikanın baş həkimi Araz Ağayev iddialara cavab olaraq Oxu.Az-a açıqlamasında bildirmişdi ki, 2001-ci il təvəllüdlü İsgəndərova Nərmin Bəylər qızının 20.11.2024-cü il tarixində klinikada plastik cərrah Oruc Məmmədov tərəfindən əməliyyatı icra olunub. Mətbuatda adı gedən Nurlan Həsənli Rusiyada tibb təhsili alıb, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçmədiyindən klinikada həkim köməkçisi kimi fəaliyyət göstərib.
Bəs görəsən, Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxs klinikada həkim köməkçisi kimi fəaliyyət göstərə bilərmi?
Fotoda: Nurlan Həsənli

Bu sualla Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə üz tutduq. Dekabrın 19-da ünvanladığımız sorğuya, nəhayət, bu gün cavab gəlib.
Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib ki, Rusiyada tibb təhsili alan, lakin Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsi qanunaziddir:
"Baş vermiş ölüm faktı ilə bağlı araşdırmanı hüquq-mühafizə orqanları aparırlar. O ki qaldı Səhiyyə Nazirliyində sertifikasiya komissiyasından keçməyən şəxsin özəl klinikada həkim köməkçisi kimi fəaliyyət göstərməsinə, bu məsələ ilə əlaqədar "Mərcan Medicare" klinikasında plandankənar yoxlama aparılıb. Nəticədə tibbi müəssisə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir".
Məlumatda əlavə olaraq qeyd edilib ki, hər bir pasiyentin müraciət etdiyi həkimdən sertifikatını tələb etmək hüququ var:
"Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətt"i (012 596 05 20), [email protected] elektron ünvanı və ya Pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir". / azxeber.com

Sosial       Tarix: 10 yanvar 2025
f Paylaş

Oxşar xəbərlər

Qızıl ucuzlaşdı: Azərbaycanda qiymətlər aşağı düşəcək? – İqtisadçıdan AÇIQLAMA

Dünya bazarında qızılın qiymətinin oktyabr ayında 7,3 faizdən çox ucuzlaşması son 18 ilin ən kəskin aylıq enişlərindən biri kimi diqqət çəkib. Qiymətlərdəki bu dəyişiklik Azərbaycanda da qızıl bazarının gələcəyi ilə bağl

Bakıda Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Bakı şəhərində 8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir. xəbər verir ki, həmin görüntüləri sizə təqdim edir. Xatırladaq ki, bu gün Azərbaycanda 8 Noyabr - Zəfər Günü münasibətil

Bu işçilərin maaşı 4 min manatı keçdi - Kimlərə aiddir?

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1172,7 manat təşkil edib. Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində, ən aşağı göstərici isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsind

Türkiyə Ağdamda yeni məktəb inşa edir

Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq. . xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə mətbuata birgə bəyanatlarında deyib

İmişlidə qəzada ölən və xəsarət alan sərnişinlər ər-arvad imiş

İmişli-Kürdəmir avtomobil yolunun İmişli rayonunun Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, KIA markalı minik avtomobilini

Şəmkir-Gədəbəy yolunda qəza: Xəsarət alanlar var

Şəmkir-Gədəbəy avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, hadisə avtomobil yolunun Şəmkir rayonunun ərazisindən keçən hissəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində ik

Bu ölkədə cəmi iki faiz əhali vergi odəyir

Hindistanda əhalinin cəmi 2 faizinin vergi ödədiyi bildirilir. Ölkədə iqtisadi fəaliyyətin böyük hissəsinin qeyri-formal sektor çərçivəsində həyata keçirilməsi, kənd təsərrüfatının vergidən azad olması və vergi sistemindək

Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə sökünt

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə


son xeberler yeni xeberler azerbaycan xeberleri maraqlı xəbərlər son.xabar son xəbərlər azərbaycanda hava haqqinda