Bakıda mağaza və köşklərdən oğurluq edilib
Bakıda mağaza və köşklərdən oğurluq edilib.
Bu barədə azxeber.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki köşklərin birindən 850 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Süleymanov və Ruslan Saburov saxlanılıblar.
Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların birlikdə Sabunçu rayonu ərazisində digər bir mağazadan 1 036 manat dəyərində tütün məmulatı, danışıq kartları, bir köşkdən 100 manat dəyərində tütün məmulatı və enerji içkiləri oğurlaması, həmçinin Samir Süleymanovun 2019-cu ilin mart ayından cari il mart ayınadək olan müddətdə Sabunçu rayonu ərazisində 20 evdən, 1 müəssisədən, 1 çay evindən, 1 kafedən, 3 avtomobildən pul, qızıl-zinət və məişət əşyaları, təmir-tikinti alətləri, eləcə də "Bakı Telecom" MMC-yə məxsus dəyəri 3 000 manatdan artıq olan rabitə kabelini oğurlaması da müəyyən olunub.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı