Bakıda məktəbin həyətində şagirdi it dişlədi

Bakıda məktəbin həyətində şagirdi it dişlədiPaytaxtın Xəzər rayonu Türkan qəsəbəsində 5-ci sinif şagirdini məktəbin həyətində sahibsiz it dişləyib.
Hadisə Xəzər rayonunun Türkan qəsəbəsindəki Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin həyətində baş verib. Z.Vəliyevə məktəbin həyətində sahibsiz it hücum edərək, ayaq və bud nahiyəsindən dişləyib. Nəticədə uşaq xəsarətlər alıb. 
Bu barədə Bizim.Media-ya "Yeni Baxış İctimai Nəzarət" təşkilatının mətbuat katibi Vüqar Əmirov məlumat verib. İddiasına görə, məktəbin həyətində itin hücumuna məruz qalan və xəsarət alan şagirdə yerində nə köməklik olunub, nə də ona təcili yardım çağırılıb. Vüqar Əmirov deyib ki, şagirdin valideyni hadisədən xəbər tutan kimi məktəbə gəlib və uşağı özü xəstəxanaya çatdırıb.
Həmçinin bildirib ki, şagirdin ailəsi uşağı əvvəlcə qəsəbədə yerləşən 18 saylı Təcili Tibbi Yardım Stansiyasına aparıb. Amma tibb müəssisəsinin qapısı bağlı olduğu üçün içəri daxil ola bilməyiblər. Yarım saat qapının açılmasını gözlədikdən sonra növbədə olan həkim yuxulu vəziyyətdə qapını açıb, quduzluğa qarşı vaksinləri olmadığını deyərək yaralı uşağa heç bir müdaxilə etmədən xəstəxanaya yönləndirib. 
Məsələ ilə bağlı şagirdin əmisi Zahid Vəliyev deyib ki, uşağın vəziyyəti indi yaxşıdır, ona Mərdəkanda yerləşən 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında quduzluğa qarşı peyvənd vurulub və ambulator müalicə üçün evə buraxılıb: 
"Uşaq evə gəldi, çox qorxmuşdu. Bud nahiyəsindən 3 yerdən xəsarətlər alıb. Hadisə ilə bağlı nə müəllimin, nə də məktəbin xəbəri olub. Sonradan məlumat alıblar. Uşaq da qorxduğu üçün müəlliməsinə bildirməyib. Uşağı 18 saylı Təcili Tibbi Yardım Stansiyasına apardıq. Qapını açmadılar. Xeyli döydüm, 20 dəqiqədən çox keçdi. Sonra bir həkim yuxulu vəziyyətdə qapını açdı. Məsələni bildirəndən  sonra "bizlik deyil" dedi. Həkimə "xəstə maşındadı, bir gəlin, heç olmasa yaralarına baxın, aptek yaxındadır, yod, filan lazımdırsa, alım verim" dedim. Həkim "yox-yox, bizlik deyil, ancaq Mərdəkana aparın" dedi. Uşağı xəstəxanaya çatdırdıq, yaraları təmizləndi, vaksin vuruldu və sarğı edilib evə buraxdılar".
18 saylı Təcili Tibbi Yardım Stansiyasının işindən gileylənən Zahid Vəliyev tibb müəssisəsinin qapısının bağlı olması səbəbini anlamadığını deyib: 
"Təxminən saat 5 olardı ki, təcili yardıma yaxınlaşmışdıq. Bu saatda tibb müəssisəsinin qapısı xəstələrin üzünə niyə bağlansın ki? Biz deyil, ağır xəstə gəlsə, nə olacaq? Anlamıram... Yuxulu vəziyyətdə qapıya çıxan həkimin məsuliyyətsizliyi isə müzakirə mövzusu ola bilməz". 
Elmar Mirzəyev adına sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli respublika xüsusi internat məktəbinin direktoru Kərim Dadaşov hadisənin məktəbin həyətində baş verdiyini təsdiqləyib və şagirdin nəzarətsiz qalması iddiaları ilə razılaşmadığını bildirib: 
"Bəli, belə bir hadisə olub. İtin hücumuna məruz qalan şagirdimiz nəzarətsiz qalmayıb. Digər uşaqlarla birgə həyətdə tərbiyəçinin yanında dayanıb. Sadəcə olaraq həmin şagirdimiz digər sinif yoldaşı ilə bir qədər aralanıb və bu bir anlıq tərbiyəçinin gözündən yayınıb. Məktəbin həyətində olan itin hücumuna məruz qalıb. Mən özüm də saat 7-yə qədər məktəbdə olmuşam. Uşaq heç nə deməyib deyə hadisədən həmin an xəbərsiz olmuşuq.
Yoxsa öz maşınımla xəstəxanaya aparardım və müayinə etdirərdim. Şükür ki, uşaq normaldır. Heç kim belə hadisələrdən sığortalanmır. Təsadüf nəticəsində baş verən hadisədir. Yəni biləsiniz ki, uşaqlar orada nəzarətsiz deyillər"
18 saylı Təcili Tibbi Yardım Stansiyasının qapısının bağlı olması və həkimlərinin xəstəyə etinasız münasibəti ilə bağlı TƏBİB-dən bildirilib ki, məsələ araşdırıldıqdan sonra məlumat verəcək.  / azxeber.com

Sosial       Tarix: 29 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xeberler xəbər meherremlik 2026 bugunun xeberleri