Bakıda mənzillərin qiymətində ucuzlaşma var
Bakıda həm təkrar, həm də ilkin mənzil bazarında illik ifadədə qiymətlər ucuzlaşıb.
Azxeber.com Trend-ə istinadən xəbər verir ki, aylıq ifadədə qiymətlərdə bahalaşma müşahidə edilib.
2021-ci ilin dekabr ayında təkrar mənzil bazarında mənzillərin orta qiyməti 2,37 faiz bahalaşıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1,87 faiz ucuzlaşma müşahidə edilib.
İlkin mənzil bazarında dekabr ayında 0,39 faiz bahalaşma, illik müqayisədə isə 8,82 faiz uculaşma qeydə alınıb.
"MBA Consulting Group" şirkətinin direktoru Nüsrət İbrahimov bildirib ki, təkrar mənzil bazarında qiymət ucuzlaşmasının səbəbi köhnə binalara marağın azalmasıdır.
"Köhnə binalarda mənzillərin satışında azalma müşahidə edilir. Köhnə binalarda mənzillər çox çətinliklə satılır. Köhnə binalarda uçuntu riski çox olduğuna görə həm banklar kredit vermirlər, həm də alıcılar maraq göstərmirlər. Buna görə də qiymətlərdə azalma var.
İlkin mənzil bazarında isə qiymətlərin ucuzlaşması struktur dəyişikliyi ilə bağldır. Yəni bazara daha çox ucuz ərazilərdən təklif daxil olub, şəhərin mərkəzindən yox, kənar ərazilərdə olan nisbətən ucuz mənzillər təklif edilir ki, bu da ümumilikdə qiymətlərin aşağı düşməsinə səbəb olur", - deyə N.İbrahimov vurğulayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı