Bakıda məşhur klinikada çalışan həkim sinə əməliyyatı etdiyi qadınla münasibətdə oldu

Bakıda məşhur klinikada çalışan həkim sinə əməliyyatı etdiyi qadınla münasibətdə olduBakıda əməliyyat etdiyi qızla sevgili olan plastik cərrahın başına iş gəlib.
Publika.az-ın əldə etdiyi məlumata görə, plastik cərrah "Badam" klinikasında çalışarkən əməliyyat etdiyi S.Tağıyeva (şərti soyadlı) adlı qızla sevgili olub və bir müddət qeyri-rəsmi ər-arvad kimi yaşayıb. Lakin daha sonra onların münasibəti pozulub və S.Tağıyeva həkimin Nizami rayonunda çalışdığı "Məlhəm" klinikasındakı kabinetinə basqın edərək ona hücum edib. Bu zaman gənc xanım həkimə stepler ataraq ona başından xəsarət yetirib, həmçinin masasının üzərindəki kağızları cırıb.
Hadisə yerinə polis gəldikdən sonra qızı sakitləşdirmək mümkün olub və o, polis şöbəsinə aparılıb. Bundan sonra S.Tağıyeva barəsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq-silah və ya silah qismində əşya tətbiq etməklə) maddəsi ilə iş açılıb.
Təqsirləndirilən şəxs ifadəsində artıq həkimlə barışdığını bildirib: "2022-ci ildə Səbail rayonunda yerləşən "Badam" klinikasında həkim E.Məmmədov (şərti soyadlı) mənə sinə əməliyyatı etdi. Əməliyyatla əlaqədar klinikaya gedib-gəlirdim və onunla aramızda sevgi münasibəti yarandı, qeyri-rəsmi ər-arvad münasibətində olduq. O mənlə evlənəcəyini bildirmişdi. Lakin sonra ayrıldıq.
E.Məmmədov mənə verdiyi sözü tutmadığından və etdiyi əməliyyatdan narazı qaldığım üçün ona verdiyim pulu geri tələb etmək üçün 14 avqust 2023-cü il tarixdə işlədiyi "Məlhəm" klinikasına getdim.
Bu zaman rəfiqəm Günel də yanımda idi. Təqribən saat 13 radələrində E.Məmmədov otağına daxil oldu. Bu zaman biz də onun arxası ilə otağa daxil olduq. Otaqda həkimin köməkçisi və digər bir xəstə qadın da var idi.
Otağa daxil olduqdan sonra oradakı qadınlardan otağı tərk etmələrini xahiş etdim, lakin həkim heç kimin çıxmayacağını bildirdi və mənim otaqdan çıxmağımı tələb etdi. E.Məmmədovdan əməliyyat üçün ona verdiyim 5000 manat məbləğində pulu və müalicə xərclərini tələb etdim.
E.Məmmədov mənə verəcəyi pulu olmadığını, gedib pulumu klinikadan tələb etməyimi bildirdi. O, mənimlə ucadan kobud formada danışmağa başladı.
İş masasının kənarından ona yaxınlaşdım və ona təkrarən "ağzının danışığını bil, sən özünü kimə göstərirsən?" dedim. E.Məmmədov sağ bazu nahiyəmdən əli ilə itələdikdə, bel nahiyəm stolun üzərində olan sənədqabına dəydi və sənədlər yerə töküldü. Özümü müdafiə məqsədi ilə onun üzündən yüngülcə şillə ilə vurdum.
Bundan sonra həkim otaqdan dəhlizə çıxdı. Onun arxası ilə getdim və getməməsini, ona sözüm olduğunu bildirdim. Məni dinləmədən uzaqlaşdı. Əsəbiləşdiyim üçün geri qayıdıb E.Məmmədovun masasının üzərində olan bəzi sənədləri cırdım.
Daha sonra polis əməkdaşları gəldi, izahat vermək üçün polis bölməsinə getdik. Hazırda zərərçəkmiş şəxslə barışmışam, ona dəymiş ziyanı ödəmişəm, zərərçəkmiş şəxsin mənə qarşı şikayəti yoxdur. Mənim heç bir təqsirim yoxdur".
Zərərçəkmiş həkim də S.Tağıyevadan şikayətçi olmadığını bildirib və ona cəza verilməməsini xahiş edib.
Nizami rayon Məhkəməsi S.Tağıyevanı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilib və ona 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəzası 1 il 6 aylıq sınaq müddəti təyin edilməklə şərti hesab edilib. / azxeber.com

Sosial       Tarix: 10 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

AMB rəsmi məzənnələri açıqladı: Avro bahalaşdı, Rusiya rublu ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı iyunun 17-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avro əvvəlki günlə müqayisədə bahalaşaraq 1,9741 manat

Sədərək'də biznesmen bıçaqlandı

"Sədərək" Ticarət Mərkəzində bıçaqlanma hadisəsi olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Lökbatan qəsəbəsi ərazisində yerləşən mərkəzdə Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Vüqar Şikar oğlu Xudaverdiye

Azərbaycanda Məhərrəm ayı başlayıb

İyunun 16-dan Azərbaycanda Məhərrəm ayı başlayıb. xəbər verir ki, İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ay

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmas

Bu gün Azərbaycandan Ermənistana 17 vaqon dizel göndəriləcək

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının daha bir partiyasının göndərilməsi nəzərdə tutulur. KONKRET.azapa-ya istinadən xəbər verir ki, Biləcəri stansiyasından 17 vaqonla ümumilikdə 984 ton dizel yanacağı yol

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı

Qlobal enerji qiymətləri Yaxın Şərqdə gərginliyin azalması fonunda aşağı enib. xəbər verir ki, "ICE" birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti əvvəlki sessiya ilə müqayisədə 4,03 dollar və y

Prezident İlham Əliyev səhiyyə işçilərini təltif edib

Prezident İlham Əliyev səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan Respublikasında səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saa


son xeberler yeni xeberler azerbaycan xeberleri dunya xeberleri sou xeberler sosial yardim son xəbərlər