Bakıda oğurlanan 2 yaşlı uşaq 8 gündür ki, tapılmır - FOTO

Bakıda oğurlanan 2 yaşlı uşaq 8 gündür ki, tapılmır - FOTOBakıda iki yaşlı oğlan uşağının oğurlanmasından 8 gün keçsə də, onu tapmaq hələ də mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Araşdırma zamanı məlum olub ki, oğurlanan uşağın ailəsi artıq həmin evdə yaşamır. Belə ki, uşağı oğurlanmış ailənin digər dörd azyaşlı övladı dövlət tərəfindən sığınacağa yerləşdirilib. Azyaşlının atası Elgün Şıxəliyev və anası Reyhan Şıxəliyeva isə başqa yerə köçüb.2 yaşlı M.Şıxəliyev oğurlanana qədər ailə eni və uzunu 2 metr olan (sahəsi 4 kv.m) kiçik bir daxmada yaşayıb.Qonşuların dediklərindən bəlli oldu ki, ailə qeyri-sağlam, tüfeyli həyat tərzi sürüb. Onlar hətta ata və ananın narkotik aludəçisi olduğunu iddia edirlər.
Hadisənin necə baş verməsinə gəlincə, qonşuların sözlərinə görə, dekabrın 29-u axşam saatlarında yaşlı bir qadın 2 yaşlı uşağı anasının yanına aparmaq adı ilə evdən çıxarıb. Bütün bunlar digər azyaşlı uşaqların gözü qarşısında baş verib. Ailənin 8 yaşlı övladı bildirib ki, 2 yaşlı qardaşını yaşlı qadın atasının köynəyinə bükərək evdən aparıb.Həmin vaxtdan qadını və uşağı bir daha görən olmayıb.
Hadisədən sonra uşağın atası Elgün Şıxəliyev məhəlləyə gəlib və uşağının oğurlandığını deyib.Qonşularla söhbətdən o da məlum oldu ki, uşağı oğurladığı deyilən qadın bir neçə gün əvvəl ərazidəki digər evlərə gələrək, orada yaşayan ailələrə ünvanlı sosial yardım düzəldəcəyini deyib. Hətta digər qonşudan da yeniyetmə qızını ona verməsini istəyib.
Ailənin yaşadığı evin sahibi Gülüş Soltanova APA-ya bildirib ki, ailə 15 gün əvvəl onun evinə yığışıb. Evi kirayəyə versə də, ailə həddindən artıq kasıb olduğu üçün onlardan pul almayıb:"Uşaqların anası Reyhanı bir-iki dəfə görmüşəm, bazarda limon satırdı. Atası isə heç bir yerdə işləmirdi. Uşaq oğurlanandan sonra dekabrın 31-i Reyhan bizə gəlmişdi. Mənə dedi ki, yəqin M.-i sosial yardım düzəldən qadın aparıb, uşağın başındakı yaranı müalicə etdirəcək".
Qonşularla aparılan söhbətdən, danışılanlardan hadisədə xeyli müəmmalı məqam olduğu ortaya çıxır. Əsas sual doğuran məqam isə uşağı oğurladığı iddia edilən yaşlı qadınla bağlıdır. Bu qadının kimliyi, harada olduğu barədə suallar açıq qalır.

Sosial       Tarix: 07 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az 2026 xəbər az qarabag az xeber