Bakıda qadın övladını təhqir edən kişini bıçaqladı - TƏFƏRRÜAT

Bakıda qadın övladını təhqir edən kişini bıçaqladı - TƏFƏRRÜATBakının Xəzər rayonunda 2002-ci il təvəllüdlü Sevil şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Orxana (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
Sevil fərdi yaşayış evində aralarında yaranan münaqişə zamanı qəsdən əlində olan mətbəx bıçağı ilə Orxanın döş qəfəsinə vurub.
Hadisəni törədən Sevilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sevil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O qeyd edib ki, hadisə günü, gecə saat 01:00-da Orxan ona mobil telefon vasitəsilə bir neçə dəfə zəng edərək onu və 2021-ci il təvəllüdlü övladını təhqir edib:
"Bundan sonra evdə olan mətbəx bıçağını götürərək Orxanın yaşadığı evə getdim. Onu bıçaqla qorxutmaq niyyətim olub. Həmin ünvana getdikdən sonra aramızda sözlə mübahisə yarandı. Bundan sonra əlimdə olan mətbəx bıçağı ilə Orxanın sol döş qəfəsi nahiyəsindən bir dəfə bıçaqla xəsarət yetirdim".
Təqsirləndirilən şəxs qeyd edib ki, xəsarət yetirdikdən sonra Orxanı yatağın üzərinə yatırıb və su verib:
"Daha sonra təcili tibbi yardıma müraciət etdim. Təcili tibbi yardım Orxanı xəstəxanaya aparmağı təklif etsə də, bundan imtina edib. Təcili tibbi yardım çıxıb getdikdən sonra bayıra çıxdı, energetik içki almağa gedəcəyini bildirdi. Bunu eşitdikdən sonra onun vəziyyətinin yaxşı olduğunu güman etdim və yaşadığım evə getdim".
İş üzrə zərərçəkmiş Orxanın sözlərinə görə, Sevil onu bıçaqla vurub, lakin ona ciddi xəsarət yetirməyib:
"Sevil tibbi yardım çağırdı. Həkimlər müayinə etdikləri vaxtı o, məni bıçaqla vurduğunu dedi. Buna görə də həkimlər Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verdilər".
Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Sevilin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. / azxeber.com

Sosial       Tarix: 08 iyun 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber.az sonxabar son.xeber xeberler bu qun