Bakıda sürücüsüz taksilər fəaliyyət göstərir? - AÇIQLAMA
Bakıda sürücüsüz taksilərin fəaliyyət göstərməsi ilə əlaqədar videogörüntülər yayılıb.
azxeber.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, izləyicilərdən biri şəhərin mərkəzində sürücü olmadan idarə olunan avtomobilin taksi fəaliyyətiylə məşğul olduğunu iddia edib.
Bəs, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu cür avtomobillər ölkəyə gətirilibmi? Yaxud Bakıda sürücüsüz taksilər fəaliyyət göstərirmi habelə gələcəkdə bu istiqamətdə hansı işlərin görülməsi nəzərdə tutulur?
Məsələylə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov azxeber.com-a açıqlama verib.
O, saytımıza qısa cavab olaraq bildirib ki, sözügedən görüntülərdəki avtomobil taksi kimi fəaliyyət göstərmir:
"Sözügedən görüntülərdəki avtomobil taksi kimi qeydiyyatdan keçməyib".
Qeyd edək ki, mətbuat katibi Bakıda sürücüsüz taksilərin fəaliyyəti və gələcəkdə nəqliyyat xəttinə buraxılması barədə suallarımıza isə cavab verməyib.
Mikayıl Mirzəzadə
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat