Bakıda terrora hazırlaşan şəxs bu qruplaşmanın üzvü imiş - TƏFƏRRÜAT
Bir neçə gün əvvəl Azərbaycan vətəndaşı M.X. Hüseynzadə İsrailin Bakıdakı səfirliyinə hücum edib. Məlum olub ki, şübhəli şəxs "Hüseyniyun" qruplaşmasının üzvüdür.
azxeber.com lent.az-a istinadən bildirir ki, bu barədə 9tv məlumat yayıb.
İstintaq müəyyən edib ki, Hüseynzadə İsrail diplomatik missiyasına hücumu həyata keçirməzdən əvvəl uzun müddət binada müşahidə aparıb. O, məlumat topladıqdan sonra terror aktı törətmək üçün səfirliyə soxulmağa cəhd edib. Onun yanında odlu silah olub.
Lakin M. Hüseynzadə məqsədinə nail ola bilməyib. O, tərksilah edilərək, saxlanılıb. Onun hərəkətləri nəticəsində xəsarət alan olmayıb. Barəsində 4 ay müddətinə Cəzaçəkmə Müəssisəsində həbs qətimkan tədbiri seçilib.
Nəşrin mənbələrinin məlumatına görə, Hüseynzadə "Hüseyniyun" terror qruplaşmasının üzvü olub. Bu hücrənin yaraqlıları özlərini "müqavimət" adlandırırlar.
Qrup İran hakimiyyəti tərəfindən fəal şəkildə maliyyələşdirilir. Onun məqsədi Azərbaycan ərazisində təxribat və iğtişaşlar törətməkdir.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi