Bakıda torpaq almaq istəyənlərin nəzərinə! - Bu ərazilərdə qiymət bahalaşa bilər
"Növbəti ildən etibarən Bakıda torpağın bahalaşması gözlənilir".
azxeber.com xəbər verir ki, bunu Bizim.media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə deyib.
Ekspert paytaxtda bahalaşmanı stimullaşdıran bəzi amillərin olduğunu bildirib:
"Həmin amillərdən biri də mərkəzdə çoxmərtəbəli binaların tikintisi üçün torpaq sahəsinin tapılmamasıdır. Buna görə də sahibkarlar şəhərin kənar məntəqələrinə üz tutmağa məcbur olurlar. Əsasən də, Binəqədi, Sabunçu, Abşeron, Xırdalan və digər istiqmətlərə üz tuturlar. Bu ərazilərdə çoxmərtəbəli bina tikintisi üçün yer tapmaq mümkündür".
R.Qasımzadə vurğulayıb ki, mərkəzdə, xüsusilə də Nərimanov, Nəsimi, Səbail rayonlarında boş ərazi tapmaq müşkülə çevrilib:
"Bu ərazilərdə çoxmərtəbəli binaların tikintisi ilə bağlı torpaq əldə etmək üçün mütləq fərdi yaşayış evlərinin söküntüsü həyata keçirilməlidir. Bu da sahibkarlara xeyli baha başa gəlir. Ona görə ki, söküntü zamanı ilk növbədə vətəndaşa kompensasiya ödənilməlidir. Eyni zamanda, əgər torpaq sahəsi dövlətə məxsusdursa, özəlləşdirilməsini həyata keçirmək lazımdır. Bu da torpağın qiymətinin bahalaşmasına səbəb olan amillərdən birinə çevrilir".
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi