Bakıda torpaq sahibi olmaq nə dərəcədə asandır?

Bakıda torpaq sahibi olmaq nə dərəcədə asandır?Son illər Bakıda və onun ətrafında məskunlaşmanın sürətlə artması, minlərlə fərdi evin tikilməsi paytaxtda boş, normal qiymətə və yaşayış təyinatlı torpaq sahəsi tapmağı az qala qeyri-mümkün edib.
Başqa sözlə, Bakıda torpaq sahibi olmaq çətinləşib.
Bu fikri "Report"a açıqlama verən "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc da bölüşür. Onun sözlərinə görə, son illər yaşayış təyinatlı torpaqlarla yanaşı, sənaye, kənd təsərrüfatı və digər məqsədlərlə istifadə olunan torpaqlar da bahalaşıb, necə deyərlər əlçatmaz olub: "Bahalaşma ilk növbədə torpaq sahələrinin azalması ilə bağlıdır. Ölkədə sosial-iqtisadi inkişaf gedir, müxtəlif obyektlər tikilir. Müəyyən ərazidə yaşayan insanların sayı artdıqca boş torpaq sahələri azalır. Son 10 ildə nəinki Bakıda və onun ətrafında, bölgələrimizdə də torpağın qiyməti ciddi artıb. Yaxın müddətdə fors-major hallar, ciddi iqtisadi və yaxud maliyyə böhranı, yaxud hansısa fövqəladə hadisə baş verməsə, torpaq bazarında qiymət artımı davam edəcək", - deyə o qeyd edib.
Ekspertin sözlərinə görə, torpaq bazarı ilə bağlı digər bir problem isə vətəndaşların məlumatlılıq səviyyəsinin aşağı olmasıdır: "Bəzən vətəndaşlar bir torpaq sahəsini gördükdə dərhal düşünür ki, onun üzərində tikinti işləri aparmaq olar. Amma qanunvericiliklə torpaq sahələri təyinatlar üzrə bölünüb. Əgər təyinat kənd təsərrüfatı üzrədirsə, onun üzərində ev tikmək olmaz. Vətəndaşlarımız çox zaman bundan xəbərsiz olur və torpaq sahəsini əldə edəndən sonra problemlərlə üzləşirlər. Hazırda Bakıda kənd təsərrüfatı təyinatlı torpaqların üzərində tikilmiş minlərlə ev var. Bu faktla artıq müvafiq strukturlar barışıb. Amma bu torpaqların yanında da kənd təsərrüfatı təyinatlı sahələri vətəndaşlarımız alır və üzərində tikinti aparırlar. Bu problemin hüquqi yolla həllini tapmaq lazımdır. Ya həmin torpaqlara yaşayış statusu verilməli, ya da bu torpaqların yaşayış üçün istifadəsinə birdəfəlik yol verilməməlidir. Hesab edirəm ki, 1-ci variant məqsədəuyğundur. Əgər ətrafında çoxsaylı tikililər varsa və faktiki yaşayış sahəsidirsə, kütləvi surətdə kənd təsərrüfatı təyinatlı torpaqların statusunun dəyişilməsi məsələsinə baxılmalıdır. Bu məsələdə ciddi nəzarət olunmalı, həmin sahələrin yaşayış üçün uyğun olub-olmaması, orda infrastrukturun inkişaf səviyyəsi, yaxınlıqda çoxsaylı istehsalat müəssisələrinin olub-olmaması, ərazidən yüksək gərginlikli elektrik xətlərinin keçib-keçmədiyi ciddi təftiş olunmalıdır. Ümumiyyətlə, yaşayış təyinatlı torpaq ehtiyatlarımız azalır. Bunun üçün yeni torpaq sahələri müəyyən edilməlidir".
"Düşünürəm ki, faktiki yaşayış sahələri ilə bağlı vəziyyət sənədləşmə prosesində nəzərə alınmalıdır. Yəqin ki, getdikcə sənədləşmə işlərində sadələşmə olacaq. Bu sahədə qanunvericilikdə dəyişikliklər edilməli, istisna hallar müəyyən olunmalıdır. Əgər bir ərazi kənd təsərrüfatı sahəsidirsə və orda kütləvi məskunlaşma varsa, onun təyinatının dəyişilməsi müzakirə edilməlidir" - deyə V.Oruc əlavə edib. / azxeber.com

Sosial       Tarix: 07 aprel 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 idman xeberleri en son xeberleri sonxeber az