Bakıda toyda dava: Qonaqlar polis bölməsinə aparıldılar

Bakıda toyda dava: Qonaqlar polis bölməsinə aparıldılarBakının Qaradağ rayonunda 2002-ci il təvəllüdlü Osman tanışı Teymura xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən şadlıq saraylarından birinin həyətyanı sahəsində baş verib.
Orada Osman Teymurun sifət nahiyəsinə bir dəfə zərbə vurub və onu yerə yıxaraq xəsarətlər yetirib.
Hadisəni törədən Osmanın barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Osman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, Qızıldaş qəsəbəsi ərazisində fəaliyyət göstərən "Qayınana" adlı şadlıq sarayında toy mərasimində olub:
"Həmin toy məclisində qəsəbə sakini kimi tanıdığım Teymur da olub. Həmin gün qədərindən artıq spirtli içki qəbul etmişdim. Teymur da sərxoş vəziyyətdə olub. Həmin gün axşam radələrində şadlıq sarayının qapısından çıxdım və getmək istəyən zaman zalın qapısının ağzında olan zaman Teymurla zarafat etdim. Təxminən 10-15 saniyə sonra şadlıq sarayının dəhlizindəki qapıdan çıxmaq istəyərkən Teymur çiyin tərəfdən paltarımdan tutdu və məni geriyə çəkdi, sifət nahiyəmdən başı ilə zərbə vurdu. Teymurun vurduğu zərbə burun nahiyəmə dəydi. Daha sonra mən də Teymurun sifət nahiyəsindən başla zərbə vurdum. Zərbə Teymurun burnuna dəydi. Hər ikimizin burnundan qan gəldi. Ətrafda olan adamlar bizi ayırdılar".
İş üzrə zərərçəkmiş Teymurun sözlərinə görə, şadlıq sarayının dəhlizində dayanaraq telefonla danışmaq istədiyi zaman Osman yanından keçəndə ona çiyin atıb:
"Osmanın sərxoş olduğunu gördüm, ona fikir vermədim. Bir az keçəndən sonra şadlıq sarayının içərisində Osman yenidən mənə çiyinlə möhkəm vurdu. Osmana iradımı bildirdim. Osman da dedi ki, gəl çıx çölə, səninlə söhbətim var. Osmanla şadlıq sarayının həyətinə çıxdıq. Çölə çıxan kimi Osman yaxamdan tutdu, başla burun nahiyəmdən zərbə vurdu. Zərbənin təsirindən huşumu itirərək yerə yıxıldım. Ayılanda gördüm ki, şadlıq sarayının həyətində polis əməkdaşları var. Həmin polis əməkdaşları bizi Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinə apardılar. Baş verən hadisə zamanı Osman məni başla vurandan sonra burnum sındı".
Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Osman 2 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. / azxeber.com

Sosial       Tarix: 13 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler gunun xeberleri son.xabar ensonxeberler