Bakıda uşaq poliklinikasından şikayət: "Peyvənd üçün pul istəyirlər

Bakıda uşaq poliklinikasından şikayət: "Peyvənd üçün pul istəyirlərBakıda uşaq poliklinikasından şikayət: "Peyvənd üçün pul istəyirlər"
Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən 11 saylı uşaq poliklinikasında tibbi xidmət çox aşağı səviyyədədir.  
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşılan vətəndaş şikayətində bildirilir. 
Vətəndaş iddia edir ki, 3 aylıq uşaqlarına peyvənd vurulması üçün 11 saylı uşaq poliklinikasına üz tutanda, qarşılaşdıqları mənzərə onları məyus edib:
"Xəstəxana toz içərisindədir. Mikrob yuvasıdır. Həkimlərin sifətindən zəhrimar tökülür. Poliklinikada körpəmin əmziyi yerə düşdü. Yumaq üçün su verən olmadı. Maddi imkanım uşağımı özəl klinikaya aparmağa imkan verir. Bəs buna imkanı çatmayan valideynlər sizin qəddarlığınıza dözməlidir?
Onu da qeyd edim ki, özəl klinikada uşağıma heç bir diaqnoz qoyulmayıb, hər şeyin qaydasında olduğu deyilib. Lakin 11 saylı uşaq poliklinikasında uşağıma 3 xəstəlik üzrə diaqnoz qoyub, müalicə yazmışdılar. Sonda da peyvənd üçün həkimə hörmət etməyimiz söylənildi. Uşaqlarla işləməyi bacarmırlarsa, bu həkimlər harada imtahan verir? Bu paylaşımı tək özüm üçün deyil, özəl klinikaya gedə bilməyən imkansız ailələr üçün yazıram".
TƏBİB məsələ ilə bağlı münasibət bildirib. Qurumun mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sözügedən iddialar əsasında araşdırma aparılacaq:
"Məsələ tərəfimizdən araşdırılacaq. Bilirsiniz ki, səhiyyə müəssisələri yanvar ayından etibarən tabeliyimizə verilib. Qeyd olunan bütün problemlər həllini tapacaq. Sadəcə, zamana ehtiyac var.
Bundan əlavə, qeyd edilən məsələ ilə bağlı da müəssisə rəhbərliyinə tapşırıqlar verildi. Sadəcə, yazılan hər hansı bir faktın daha ciddi araşdırılması üçün konkret adlara da ehtiyac var. Müəssisə rəhbəri daxildə də öz araşdırmasını aparmaq istəyir. Ümumi hallarla bağlı isə bir daha qeyd edirəm ki, nəzarət gücləndiriləcək və bu tip problemlərin aradan qaldırılması üçün konkret addımlar atılacaq".
Könül Cəfərli  /oxu.az

Sosial       Tarix: 18 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç


azerbaycan xeberleri son xeberler yeni xeberler zelzele xəbər sonxəbərlər siyaseti xeberler bugun