Bakıda uşaqlar arasında ən çox yayılan xəstəliklər açıqlandı
Ötən il Bakı şəhəri üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində ən çox göz, həzm, tənəffüs və sümük-əzələ sistemi xəstəliklərinə rast gəlinib.
KONKRET.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin hazırladığı hesabatda bildirilib.
Rəsmi məlumata görə, 2022-ci il üzrə uşaqların icbari dispanserizasiyası nəticəsində aşkar olunmuş xəstəliklər arasında göz xəstəlikləri 25 % (əsasən yaxındangörmə), həzm sistemi 20% (əsasən stomatoloji), tənəffüs sistemi 13.5 % (əsasən lor), sümük-əzələ sistemi 12.3 % (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.
Bildirilib ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) tapşırığına əsasən, 2022-ci ilin fevral ayından etibarən təhsil müəssisələrində uşaqların icbari dispanserizasiyası prosesi gücləndirilib. Bu məqsədlə uşaqlara ambulator tibbi xidmət göstərən uşaq poliklinikaları tərəfindən tərtib olunmuş müayinə planına uyğun olaraq, həkim briqadaları yenidən təşkil olunub və uşaqlar arasında aparılan müalicə-profilaktika tədbirləri sürətləndirilib.

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
Azərbaycanı Qarabağ məsələsinin həlli ilə bağlı təbrik edirəm... - Kadırov
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı
"Oyun bir qədər çirkin alındı" - Dambrauskas
"Bizdən qaça bilməyəcək" - Lukaşenkodan Paşinyana
Bütöv bir institut bir adama qarşı": Kəsfiyyat Stalinin fikirlərini necə açmağa çalışırdı
Ermənilərin növbəti qorxusu – Azərbaycan Tavuş istiqamətində 500 metr... - FOTO