Bakıda vəkil bürosuna hücum edildi - VİDEO

Bakıda vəkil bürosuna hücum edildi - VİDEOBakıda "Femida" Vəkil Bürosuna hücum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə büronun müdiri Pənah Məmmədov məlumat verib.
Vəkilin sözlərinə görə, Vüsalə Əliyeva adlı şəxs dəfələrlə büroya gələrək onu təhdid edib: "Xalq artisti Sabir Əliyevin ölümündən sonra onun oğlu Ülvi Əliyev müraciət edərək vərəsəlik işi ilə bağlı mənimlə müqavilə bağladı. Biz əmlakın müəyyən edilməsi ilə bağlı aidiyyəti qurumlara sorğu göndərdik. Nəticədə 2 ev və 3 maşın müəyyən olundu. Bu əmlakdan müdafiə etdiyim Əliyev Ülvi Sabir oğluna bir ev, iki maşın, digər vərəsə Əliyev Samir Sabir oğluna isə bir ev, bir maşın düşdü. Biz müqaviləni bağladıq və öhdəliyi yerinə yetirdik.
Bundan təxminən 6 ay sonra özünü Ülvi Əliyevin həyat yoldaşı kimi təqdim edən Vüsalə Əliyeva adlı qadın bir neçə dəfə büroya gələrək onun ərinin əmlakını mənimsədiyimi, etibarnamə üzrə götürüb başqa adama verdiyimi iddia etdi. Bununla bağlı o, notariusa müraciət etdi və belə bir hal olmadığı məlum oldu. Amma həmin xanım məni saxtakarlıqda ittiham etməyə davam etdi. Mən ona izah etdim ki, əgər belə bir şübhəsi varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilər".
P.Məmmədov bildirib ki, həmin şəxs ona pul verdiyini iddia edir: "Təsəvvür edin ki, bu xanımla heç bir müqavilə bağlamadığım halda, iddia edir ki, guya mən ondan pul almışam. Gah deyir, 3700 manat verib mənə, gah deyir, 4000 manat. İndi guya o pulu məndən almaq istəyir. Saxta sənədləri də götürüb büroya gəlir. Bu xanım hər dəfə yanında iki-üç nəfər kişi ilə gələrək burada çalışan şəxsləri təhqir edir, məni ölümlə hədələyir".
Vəkilin sözlərinə görə, bu gün səhər saatlarında V.Əliyeva yenidən büroya hücum edərək onu təhqir edib: "Hadisə səhər təxminən saat 10-11 radələrində baş verdi. Vüsalə xanım bir oğlanla gəlmişdi. Onları qəbul etdim, təxminən 10-15 dəqiqə söhbət etdik. Daha sonra onlar məni hədələməyə və təhqir etməyə başladılar. Mən onlardan büronu tərk etmələrini istədikdə isə həmin qadın masanın üzərindəki əşyaları vurub dağıtdı. Bu zaman onun yanındakı oğlan baş verənləri telefonla çəkirdi. Bütün bunlar büronun təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Xanım stolun üzərindəki əşyaları vurub dağıtdı, mənə oğru dedi. Onlar özləri də bu görüntüləri çəkərək sosial şəbəkədə paylaşıblar".
P.Məmmədov Vüsalə Əliyevanın bütün bunları digər vərəsə Samir Əliyevə çatan əmlakın əlindən alınması üçün etdiyini deyib: "Samir Əliyev mərhum Xalq artistinin övladlığa götürdüyü oğludur. Bu xanım deyir ki, Samir doğma oğlu deyil, ona heç bir şey düşmür. Bütün əmlak mənim ərimə – Ülvi Əliyevə çatmalıdır. Amma təbii ki, qanunvericiliyə əsasən, bu, belə deyil. Samir Əliyev də qanuni vərəsədir və ona da pay düşür".
Vəkil bildirib ki, artıq hadisə ilə bağlı 18-ci Polis Bölməsinə rəsmi qaydada müraciət edib.

E-huquq.az

Hadisə       Tarix: 01 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu

Sumqayıt şəhərində beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Sərvər Bədəlbəyli küçəsində qeydə alınıb. Belə ki, BMV, iki "Toyota"

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu

Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib. -ın məlumatına görə, rayonun İbadulla kəndində hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altınd

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler xeber az cəbhədən xəbər en son xəbərlər bugün