Bakıda yanğın: 2 nəfər zəhərləndi, 15 sakin təxliyə olundu - YENİLƏNİB
FHN yaşayış binasında baş verən yanğınla bağlı açıqlama yayıb.
Bildirilib ki, binanın ikinci mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə yanıb, yüksək temperaturdan 1 otağının tavanı 15 m² sahədə qarsalanıb.
KONKRET.az xəbər verir ki, həmçinin binanın üçüncü və dördüncü mərtəbələrində hər birinin ümumi sahəsi 50 m² olan iki mənzilin otaqlarının pəncərə çərçivələri 6 m² sahədə yanıb.
Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb, 15 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.
Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
19:24
Bakıda yaşayış binasında yanğın baş verib.
KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında hadisənin Nəsimi rayonunda qeydə alındığı bildirilib.
Nazirliyin "112" qaynar telefon xəttinə Cavadxan küçəsində beşmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi