Bakıda yolların buz bağlaması nəticəsində 42 qəza baş verib
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq son iki gündə Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov "Report"un sorğusuna cavab olaraq bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol və meteoroloji şərait nəzərə alınmadığı üçün fevralın 24-25-də maddi zərərlə nəticələnən 42 yol-nəqliyyat hadisəsi baş verib.
"Sözsüz ki, baş vermis hadisələrdə sürücülər tərəfindən yol və meteoroloji şərait düzgün nəzərə alınmayıb. Xatırladıram ki, yol və meteoroloji şəraitdən aslı olaraq, sürücülər nəqliyyat vasitəsini elə idarə etməlidir ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa, sürücü bu təhlükə ilə toqquşmanın qarşısını ala bilsin. Təəssüflər olsun ki, belə hava şəraitində əyləc sistemindən istifadə edilməsi, dayanma-durma prosesini ötürmələr qutusunun hesabına aparılmaması, eyni zamanda idarəetmədən diqqətin yayınması və yol boyu qoyulmuş yol nişanların tələblərinə uyğun hərəkət etməmək, sürət həddinə diqqət yetirməmək son nəticəsində yol-nəqliyyat hadisələrinin yaranması ilə nəticələnir". /open.az
Xidmetler [newsid: 0-123300]

Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar
İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü