Bakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTO

Bakıda Bakıda "Zapı"lardan ibarət maraqlı kolleksiya - FOTO
Avtomobil ustası olan Azər Əhmədov bir neçə ildir ki, "Zapı", "Zaporoji" kimi tanınan "Zaporojets" (ZAZ) markalı avtomobilləri toplamaqla məşğuldur. Hazırda qarajında 50-dən çox bu markadan olan avtomobil var. Onlardan ən köhnəsi isə 1962-ci il istehsalıdır.
Burada ZAZ markasının bütün modellərinə rast gəlmək mümkündür, əksəriyyəti də işlək vəziyyətdədir. Özünün dediyinə görə, indiyə qədər 100-dən çox "Zaporoji" əldə edib. Təmir etdikdən sonra isə onların bir hissəsini satıb.
Bakıda Kolleksiyada ən bahalı avtomobil 1962-ci il istehsalı olan göy rəngli ZAZ-dır.
Bakıda Bu avtomobilin hər iki qapısı geriyə doğru açılır. Digər özəlliyi isə odur ki, yanacaq çəni avtomobilin ön hissəsindədir.
Bakıda Hazırkı qiyməti nə az, nə çox, 20 min manatdan artıqdır.
Bakıda Azər ustanın bu avtomobillərə həvəsi hələ uşaq ikən yaranıb. İndi də harada baxımsız vəziyyətdə qalan "Zaporoji" görsə, alıb emalatxanasına gətirir.
Bakıda Kolleksiyaçı bildirir ki, bu avtomobillər iki cür olur, 30-luq və 40-lıq.
"Babamda həm 30-luq, həm də 40-lıq model var idi. Uşaqlıqdan "Zaporoji"yə olan sevgim məni "Zapı" ustası etdi", - deyə Azər qeyd edib.
Bakıda Azərin sözlərinə görə, retro maşınları bölgələrdən və şəhərin özündən tapır.
Bakıda "Görürsən maşın çürüyür, sahibi deyir ki, "satım, heyif olmasın". Onun təmiri 3-4 ay vaxt aparır. Çünki, köhnə model olduğundan ehtiyat hissələri tapılmır", - deyə Azər Əhmədov bildirib.
Bakıda Ustanın fikrincə, bu avtomobillərdən gəzinti üçün istifadə etmək daha məqsədəuyğundur. Çünki, "Zaporoji"lərin bəzi xüsusiyyətləri onunla uzun yol qət etməyə imkan vermir.
Bakıda Digər avtomobillərdən fərqli olaraq, bunların mühərriki arxa hissədə yerləşir. Bunlar adətən küləklə soyuyur. Su sistemi yoxdur. Avtomobilin mühərrikinin "qızması" riski çoxdur.
Bakıda Digər bir özəlliyi isə ondan ibarətdir ki, bu avtomobillərlə balıq tutmaq mümkündür. Bunlarda balıq tutmaq üçün yer olur. Salonda yeri var. Bu avtomobil ona görə istehsal edilib ki, ondan zövq alasan.
Azərin ən çox sevdiyi model "ZAZ-966"dır. Həmin avtomobilə dəfələrlə iri məbləğdə pul təklif edilsə də, satmayıb.
Bakıda Ustanın emalatxanasında ötən əsrin 50-ci illərində istehsal olunan "Moskviç" və digər retro avtomobillər də var.
Mənbə: Sputnik.az

Maraqlı       Tarix: 21 aprel 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin


azerbaycan xeberleri son xeberler yeni xeberler futbol xeberleri son xeberler bugun 2026 canli son xeberler bu gun en son xeberler