Bakıdakı İran səfirliyi 30 ildir icarə haqqı vermirmiş - Azərbaycana 2,5 milyon dollar borcludu
Azərbaycan dövləti İrana qarşı sensasion maliyyə tələbi irəli sürüb.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, Rəsmi Bakının hesablamalarına görə, İranın Azərbaycandakı səfirliyi və ona bağlı digər strukturlar — o cümlədən Mədəniyyət Mərkəzi, Təhsil Kompleksi və İran Radio-Televiziya Korporasiyasının Bakı bürosu — təxminən 30 il ərzində dövlətə 4 milyon 312 min manat, yəni 2,53 milyon ABŞ dolları həcmində icarə haqqı borcu yığıb.
Məlumata görə, İran səfirliyinin fəaliyyət göstərdiyi Yasamal, Nərimanov və Xətai rayonlarında yerləşən torpaq sahələri müxtəlif dövrlərdə Azərbaycan dövləti tərəfindən İrana icarəyə verilib. Lakin qanunvericiliyə əsasən, xarici dövlətlər torpağın mülkiyyətçisi ola bilməz və bu ərazilərin istifadəsinə görə müvafiq icarə haqqı ödənilməlidir.
Dövlət Əmlak Xidməti 2023-cü ildə İran tərəfinə bir neçə dəfə rəsmi xəbərdarlıq məktubu göndərsə də, cavab alınmayıb. Nəticədə məsələ məhkəmə müstəvisinə daşınıb.
Məhkəmə prosesində İran tərəfi beynəlxalq hüquq normalarına istinad edərək, bu cür mübahisələrin yerli məhkəmələrdə baxıla bilməyəcəyini iddia etsə də, Azərbaycan məhkəməsi bu arqumentləri qəbul etməyib və səfirliyin iddialarını rədd edib. Beləliklə, İran tərəfi Azərbaycana 30 illik icarə borcunu ödəməli olacaq.
Fakt odur ki, İran hazırda Bakıda bir səfirlik binası ilə yanaşı, böyük mədəniyyət mərkəzi, təhsil ocağı və media strukturlarına malikdir. Lakin bu obyektlərin heç biri üçün indiyə qədər rəsmi ödəniş edilməyib.
Bu qərar İranla Azərbaycan arasında uzun müddətdir davam edən diplomatik gərginlik fonunda xüsusi önəm kəsb edir. Ekspertlərə görə, bu, Bakının həm hüquqi, həm də siyasi baxımdan prinsipial mövqe nümayiş etdirməsidir.
Rəsmi Bakı bu addımı ilə göstərdi ki, istənilən diplomatik münasibət çərçivəsində belə, dövlətin qanunları və əmlak hüquqları qorunur. İranın isə bundan sonra Azərbaycanın qanunlarına uyğun şəkildə hərəkət etməyə məcbur ediləcəyi şübhəsizdir.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı