Bakıdakı tıxaclar mentalitetimizlə bağlıdır' - Vaqif Əsədov

Bakıdakı tıxaclar mentalitetimizlə bağlıdır' - Vaqif Əsədov"Həftə içi 5 gün paytaxtımızın mərkəzi küçələrinə doğru bəzi istiqamətlərdən yol zolaqları üzrə avtomobillərin sıx cərgələnməsi və müəyyən istiqamətlərə ləngimələr olur".
Bunu Redaktor.az-a Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov son günlər paytaxt küçələrində tez-tez yaranan tıxaclarla bağlı danışarkən bildirib.
Onun sözlərinə görə, tıxac dedikdə çoxlu sayda nəqliyyat vasitələrinin hərəkətinin uzun müddət dayanması kimi başa düşülür:
"Nəqliyyat vasitələrinin saatda 5 km sürətlə hərəkət etməsi, bu yol zolaqları üzrə avtomobillərin sıx cərgələnməsi deməkdir və eyni zamanda bu yalnız pik saatlarda qeydə alınır. Bu da tıxac deyil. Bunu faciə kimi qəbul edib, sanki "yol polisinin günahıdır" deməyin əleyhinəyəm".
Şöbə rəisi qeyd etdi ki, ölkədəki nəqliyyatın çox faizi Bakı şəhərinin payına düşür:
"Bu gün paytaxtımızda yolun quruluşu, relyefi, vəziyyəti o səviyyədədir ki, Bakı şəhərində idarə edilən 72 faiz nəqliyyat vasitəsinin sürücüləri tərəfindən avtomobil idarə edərkən süni sıxlıq yaşanır. Ölkəmizdə 1 milyon 500 min nəqliyyat vasitəsinin 72 faizi Bakı şəhərində idarə edilir. Bir çox təhsil müəssisələri, nazirliklər, fiziki və hüquqi şəxslərin əmək fəaliyyətləri Bakıdadır. 650-dən artıq yol kəsişməsi, 300-ə yaxın işıqforla birləşmə, 57 tunel-körpü var. Küçə və yolların uzunluğu 2500 km qədər uzanır. Bu statistikanı nəzərə almalıyıq. Haradakı yolların kəsişməsi, işıqforla tənzimlənən yol birləşmələri, qovşaqları, ayrıcları va,r sözsüz ki, burada ləngimə olacaq. Piyada zolağı, dəmir yolu ilə avtomobil yolunun kəsişməsi, işıqforla hərəkətin tənzimlənməsi, bu ərazilər və ya nizamlanmayan yol ayrıcları varsa, sözsüz ki, burada süni sıxlıq yaşanmalıdır".
Vaqif Əsədovun sözlərinə görə sıxlığın birinci səbəbi mentalitetimizlə bağlı hərəkətlərdir:
"Sürücülərin "mən birinci keçim qalan nə olar, olar" düşüncəsidir. İkincisi, yol boyu hər bir sürücü dayanıb yanındakı sərnişinin düşməsinə şərait yaradır. Bir istiqamətə iki hərəkət zolağı olan ərazidə nəqliyyat vasitəsinin sürücüsü dayanıb 30 saniyə müddətində yanındakı sərnişini düşürürsə, bu artıq pik saatda 50-70 arası nəqliyyat vasitəsinin 7 dəqiqə ləngiməsi deməkdir. Ən azından hər bir sürücü pik saatlarda məsuliyyətini daha da artırmalıdır. Hərəkət istiqamətində sürücülər diqqətli olmalı, getdiyi istiqamətə uyğun yol zolağı seçməli və qarşıda hansı istiqamətə manevr edəcəksə, o yol zolağını tutmalıdır ki, başqa hərəkət iştirakçılarına mane olmasın".
Müsahibimiz qeyd etdi ki, bəzən yol ayrıclarında polis əməkdaşları nizamlayıcı qismində olur:
"Sürücülərimizə yol göstərir, işarə verir. Təəssüflər olsun ki, bəzən bu işarələr, tələblər sürücülər tərəfindən düzgün yerinə yetirilmir. Yəni yol polisi nəfəri yol ayrıcında xidmət aparırsa, o artıq nizamlayıcı qismindədir. Sürücüyə işarə verir ki, "sürəti artırın, tələsin, yolu boşaldın". Ancaq sürücü dayanıb ki, "yox qırmızı işıqdır, mən gözləyirəm, keçə bilmərəm". Həmin sürücüyə sual verirsən ki, nizamlayıcı qismində olan polis sizə keçməyi əmr edir, siz niyə hərəkət etmirsiniz? Deyir "yox, radara düşərəm". Əgər bu sistem qurulubsa, yol polisi sizə getmək işarəsi verərsə, sözsüz ki, sizin radara düşmək ehtimalınız yoxdur.
Yaxud da yol polisi nizamlayıcı qismində olduğu zaman sürücüyə qarşı hərəkət zolağına çıxmaqla hərəkəti əmr edir. Yenə də sürücülər bir-birinin üzünə baxır. Yaxud hərəkət istiqamətində 2 nəqliyyat vasitəsi bir-birinə dəyir. Mütləq hamı dayanıb baxmalıdır ki, görək burada nə olub. Amma desən ki, bir nəfər düşsün, kömək etsin, maşını kənara çəkək, itələyək, heç biri yaxın durmayacaq".
Vaqif Əsədov dedi ki, zamanla bu vərdişlərdən əl çəkirik:
"Bütün bunların hamısı mentalitetimizlə bağlı olan təhlükəli vərdişlərdir. Etiraf etməliyik ki, getdikcə bu vərdişlərdən uzaqlaşırıq. Yəni gündəlik yol qəza hadisələrinin sayı azalırsa, xoşagəlməz faktların sayı aşağı düşürsə, gün ərzində vətəndaşlar öz ünvanına vaxtı-vaxtında gedib çata bilirsə və təhlükəsizlik təmin olunursa, bu qanunvericilikdə olan tələblərin, eləcə də yol polisi əməkdaşının keçirdiyi xidmətlərin nəticəsidir".
Polis polkovniki bildirdi ki, şənbə-bazar günləri paytaxtda belə hallar olmur:
"Səhər dərs saatı başladığı üçün təxminən 8-ə 10 dəqiqə qalmışdan, 9-a 20 dəqiqə qalmışadək, günorta saatlarında dərsdən çıxma vaxtları, bir də axşamüstü 6-dan 7-ə 15 dəqiqə qalmışadək olur. Şənbə, bazar günləri belə hallar olur? Təbii ki, yox. Bu ancaq həftə içi 5 gün pik saatda qeydə alınır. Vətəndaşların olduğu yerdən çıxıb iş başına, əmək fəaliyyətini harada göstərirsə, o istiqamətə, axşam da işdən, dərsdən çıxıb evə gedəndə olur".
Vaqif Əsədovun sözlərinə görə, ləngimə olan ərazilərdən biri "20 Yanvar" ərazisidir:
"Məsələn Sumqayıtdan, Abşerondan "20 Yanvar" istiqamətində hərəkət edənlər səhər pik saatlarda təxminən 8-10 dəqiqə ləngiyir. Axşam isə saat 6-dan sonra təxminən 7-nin yarısından 7-ə qədər olan vaxtda Bakıdan çıxışda ləngiyir. Çünki Abşerondan da, Sumqayıtdan da, hətta "20 Yanvar" kimi tanınmış ərazidən paytaxtımıza gələn əksər sürücülər bu ərazidən keçməli olur. Baxmayaraq ki, üçüncü kənar dairəvi yol var. Dəfələrlə elan vermişik ki, sürücülər alternativ yol kimi üçüncü kənar yoldan istifadə etsinlər. Təəssüf ki, hamı yolun uzaq olmasını istəmir, istər-istəməz mərkəzə doğru hərəkət etməyə üstünlük verir. Bu da süni sıxlığın yaşanmasına səbəb olur".
Şöbə rəisi qeyd etdi ki, sürücülər pik saatlarda lap diqqətli olmalıdır:
"Bakı şəhərinin mərkəzi küçələrini hal-hazırki dövrdə nəzərə alsaq nəqliyyatın hərəkətində konkret tutumu var. O tutumdan kənar nəqliyyat vasitəsi hərəkət edirsə, sözsüz ki, hərəkətlə bağlı ləngimə meydana gələcək. Hər bir sürücü getdiyi istiqaməti əvvəlcədən dəqiqləşdirib o istiqamətə doğru öz yolunu seçsin. Qarşıda sola və yaxud sağa dönəcəksə, geriyə manevr edəcəksə əvvəlcədən sol və yaxud sağ zolağı tutsun. Eyni zamanda nişanlar var. Yaxud da işıqforun yaşıl işığı yanıbsa, sürücü hərəkət etməlidir. Amma görürsən ki, maşınlar dayanıb hərəkət etmir, sürücü bu yol ayrıcına girməməlidir. Əmredici nişan qoyulub hərəkət yalnız düzünə, məsələn, sağa, amma sürücü sol hərəkət zolağından sağa dönməyə üstünlük verir və deyir ki, "mən tələsirəm". Bu da istər-istəməz ikinci, üçüncü zolaqla düzünə hərəkət edən avtomobil sürücülərinin məcburi dayanmasına səbəb olur".
Vaqif Əsədov sürücüləri bir-birlərinə qarşı hörmət etməyə də çağırdı:
""Yol hərəkəti haqqında" qanunun tələbi bəzi "tələsirəm, görmədim, bilmədim" kimi ifadələr işlədən sürücülər tərəfindən düzgün yerinə yetirilsə, siz də, biz də əziyyət çəkməyib vaxtı-vaxtında getdiyimiz ünvana çata bilərik. Dəfələrlə ictimai nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hərəkəti ilə bağlı müraciət etmişik ki, tələsməyin, vətəndaşları da düşünün, onların da getdiyi ünvan var, onlar da oxuyur, təhsil alırlar, əmək fəaliyyəti ilə məşğul olur, haradasa işləyirlər, onlar da hərəkət etməlidir. Bunun qarşısının alınması üçün sürücülər diqqətli olmalıdır. Sürücü piyada münasibətlərini vətəndaşlar düzgün qəbul etməlidir, yol hərəkətində aqressivliyə yol vermək olmaz, yol hərəkətində şəxsi mənafelər ümumilli mənafelərdən üstün tutula bilməz".
Polkovnik bildirdi ki, polis əməkdaşları hər gün harada sıxlıq olduğunu elan edir:
"Şənbə-bazar, bayram günləri də daxil olmaqla Bakı şəhəri ərazisində hərəkətlə bağlı heç bir problem, narazılıq, narahatçılıq qeydə alınmır. Eyni zamanda, həftə içi 5 gün yol qəza hadisəsi olmur, çünki sürət aşağı düşür. Amma şənbə-bazar günləri hadisə çox olur. Şənbə-bazar maşın azdır deyə, hadisə çoxdur. Hər gün səhər "Asan Radio" ilə bizim əməkdaşlarımız hansı yerdə sıxlıq var o barədə deyirlər. Kameradan baxıb məlumat veririk".
Vaqif Əsədov qeyd etdi ki, səhər pik saatlarında sıxlıq Koroğlu metrosundan şəhərə doğru əlavə yolda da olur:
"Ziya Bünyadova həmin yoldan çıxır, mərkəzə doğru həmin yoldan gəlir. Zabrat, Maştağa, Pirşağı, Mərdəkan, Şüvəlan, Buzovna, Qala, Binə, həmin şimal tərəfdən nə qədər maşın gəlir. Təbii ki, orada sıxlıq yaşanır. Nə yaxşı ki, həm Koroğlu metrosu ilə üzbəüz ərazidə, həm Sabunçu yol qovşağında, eyni zamanda Bakıxanov qəsəbəsinə çıxış hissədə və digər kəsişmələrdə əməkdaşlarımız xidmət aparır, keçmə növbəliliyini təmin edir. Əgər orada xidmət aparmasaq, orada biz durmasaq, sürücülər hamısı deyir "tələsirəm, mən birinci olum, sonra nə olar, olsun". Bax elə hamı tələsirsə, hamı deyir mən birinci olum sonrasını düşünmürsə və ərazidə polis dayanmasa, yol göstərməsə, hərəkəti tənzimləməsə, hərəkət tam dayanar, xaos olar".
Müsahibimiz sonda dedi ki, məcburi köçkünlərimi işğaldan azad olunmuş ərazilərə köçürüləndə Bakıdakı sıxlıq problemi də aradan qalxacaq:
"Eyni zamanda "20 Yanvar"dan şəhərə doğru, bir də cənubdan gələndə sıxlıq olur. Bakının qapısı məlumdur: "20 Yanvar", Bayıl qəsəbəsi, 20-ci sahə, bir də Mərdəkan, Şüvəlan tərəfdən gələrkən metronun Koroğlu stansiyasının qarşısı. Bu 3 tərəfdən giriş-çıxışda hər zaman sıxlıq olur. Bunu təbii qəbul etmək lazımdır. Çünki maşınların sayı çoxdur, yol boyu sürücülər diqqətsizliyə yol verir, zolaqlar üzrə düzgün cərgələnmir, dayanma-durma tələblərini düzgün yerinə yetirmir. İnanırıq ki, alınmış torpaqlara köç başlayarkən Bakıda maşınların sayı azalacaq".

Sosial       Tarix: 18 may 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az iqtisadiyyat xeberleri bugun beynelxalq bank mezenne xeberler bu gun