Bakıdan 33 ölkənin 66 şəhərinə təyyarə ilə getmək mümkündür

Bakıdan 33 ölkənin 66 şəhərinə təyyarə ilə getmək mümkündürHazırda Heydər Əliyev Beynəlxalq Aeroportundan 66 istiqamət üzrə 33 ölkəyə səyahət etmək mümkündür.
KONKRET.az bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata görə, Bakıdan ən çox sərnişin Türkiyənin İstanbul şəhərinə uçur. Bu ilin 9 ayında Bakı-İstanbul-Bakı marşrutu üzrə 745 mindən çox sərnişin daşınıb. İstanbulun hər iki hava limanına uçan aviaşirkətlər "Azərbaycan Hava Yolları" QSC (AZAL), eləcə də Türkiyənin milli aviadaşıyıcısı – "Türk Hava Yolları", onun aşağı büdcəli törəməsi – "AnadoluJet" və özəl aviaşirkət "Pegasus"dur.
Bakıdan 2-ci ən məhşur istiqamət yanvar-sentyabr aylarında 510 minə yaxın sərnişin daşındığı Rusiyanın paytaxtı Moskvadır. Bakıdan bu şəhərin Domodedovo, Vnukovo və Şeremetevo hava limanlarına uçuşları AZAL, Rusiyanın milli aviadaşıyıcısı – "Aeroflot", eləcə də özəl aviaşirkətlər – "Utair" və "IrAero" həyata keçirir.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə isə sərnişinlər həm AZAL, həm də "flydubai" şirkəti vasitəsilə səyahət edə bilər. Bu ilin 9 ayında bu istiqamətdə 224 mindən çox sərnişin daşınıb. Bundan başqa, əksər sərnişinlər Bakı-Əbu-Dabi-Bakı marşrutu ilə səyahətə üstünlük verirlər. Bu istiqamətdə uçuşlar "Air Arabia Abu-Dhabi" və "Wizz Air Abu-Dhabi" aviadaşıyıcıları ilə yerinə yetirilir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Gürcüstanın paytaxtı Tbilisiyə və əks istiqamətdə müntəzəm reysləri isə AZAL və "Georgian Wings" həyata keçirir. Azərbaycanın milli aviadaşıyıcısı Bakı-Tbilisi-Bakı marşrutu üzrə hər gün 2 dəfə reyslər yerinə yetirir. Gürcüstanın aşağı büdcəli aviaşirkəti isə müntəzəm uçuşların sayını həftədə 5 dəfəyə qədər artırmaqla hər bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri reyslər həyata keçirir.
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna 39 xarici aviaşirkət uçuş yerinə yetirir, onlardan 17-i aşağıbüdcəli aviadaşıyıcılardır.

Sosial       Tarix: 19 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan nefti kəskin ucuzlaşdı: "Azeri Light" 86 dollara düşdü

Qlobal enerji bazarlarında neftin qiymətində eniş tendensiyası davam edir. xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,67 dollardan, ABŞ-ın yüngül xam nefti (WTI) isə 75,62 dollardan satılır. Nef

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 19-da cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərind

Dünya bazarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qiymətli metalların qiymətlərində enmə müşahidə olunub. KONKRET.azxəbər verir ki, birja məlumatlarına əsasən, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-c

Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı

2014-cü ildə birinci sinfə qəbul olunan 146 min 62 şagirddən təxminən 0,8 faizi orta məktəbi başa vurmayıb. xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dər

Bu həftə 4 gün işləyəcəyik

Azərbaycanda bu həftə 4 gün iş olacaq. xəbər verir ki, buna səbəb 26 İyun – Silahlı Qüvvələr Gününün cümə gününə təsadüf etməsidir. Silahlı Qüvvələr Günü qeyri-iş günü hesab edilir. Bundan əlavə, iyunun 27-28-i şənbə-baza

Cəlilabadda montyoru cərəyan vuraraq öldürüb

Cəlilabadda montyoru elektrik cərəyanı vurub. Hadisə Mirzəli kəndi ərazisində qeydə alınıb. Belə ki, Cəlilabad rayonunun Qarakazımlı kənd sakini Fariz Məmmədov elektrik dirəyində təmir-bərpa işləri apararkən onu cərəyan vurub

Dollar ucuzlaşır?

ABŞ və İran arasında əldə olunan razılaşmadan sonra dolların ucuzlaşacağı ilə bağlı bir sıra fikirlər səsləndirilir. Əgər belə hal baş verərsə, dolların ucuzlaşması manata necə təsir göstərəcək?. xəbər verir ki, mövzu il

Gömrük rüsumlarından azad edilən malların əhatə dairəsi genişlənir

Gömrük rüsumlarından azad edlən malların əhatə dairəsi genişlənir. xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Gömrük tarifi haqqında"


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler idman xeberleri xeberler bugun valyuta mezennesi banklar