Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkəRusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında 1 aprel tarixində Moskvada keçirilmiş görüş zamanı və ondan sonra Rusiyanın rəsmi şəxsləri tərəfindən ictimai müzakirələrdə Azərbaycanın sırf daxili işlərinə aid məsələlərə toxunulub.
KONKRET.az xəbər verir ki, bu fikirlərə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Rusiyada Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı son günlərdə səsləndirilən fikirlərə dair şərhində yer verilib.
Bununla əlaqədar, diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiyalarda istifadə edilməsinin qəbuledilməzliyi barədə mövqeyimiz və bunun dayandırılmasına dair gözləntilərimiz Rusiya Prezidentinin Administrasiyasının, Hökumətin və XİN-in diqqətə çatdırılıb.
Buna baxmayaraq, mövzu Rusiya tərəfinin rəsmi siyasi diskursunda davam etməkdədir. Belə ki, bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Vesti kanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə dair mövqe bildirərkən növbəti dəfə Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi ilk olaraq Rusiya, yoxsa Ermənistan tərəfindən tanınması barədə şərh verib.
Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması hər hansı bir dövlətin qərarına deyil, tarix, beynəlxalq hüquq və ədalətə söykənir. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü il 1 günlük antiterror tədbirləri nəticəsində bir daha təsdiq olunaraq, tam bərqərar olub.
Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki, Rusiya Federasiyası daxil olmaqla, heç bir ölkə, heç bir dövrdə Qarabağ bölgəsi daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb.
Azərbaycanın suverenliyinə aid olan məsələlərin Rusiya-Ermənistan münasibətlərinin sadə olmadığı hazırkı dövrdə ictimai müstəvidə münasibətlərin aydınlaşdırılması predmetinə çevrilməyəcəyinə dair gözləntilərimizi bir daha Rusiya tərəfinin diqqətinə çatdırırıq.

Siyasi       Tarix: 06 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri cəbhədən son xeber bugünki xəbərlər bugunun xeberleri