Bakıkart' tətbiqi nə zaman işləyəcək? - AÇIQLAMA
Yeni tədris ilinin başlanması ilə ictimai nəqliyyatdan istifadə daha da artıb. Lakin bir müddətdir ki, insanların geniş istifadə etdiyi "BakıKart" tətbiqi işləmir.
azxeber.com xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Trend-in sorğusuna cavab olaraq "BakıKart" tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlərin davam etdirildiyi qeyd edilib.
"Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq "BakıKart" kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik", - qurumdan qeyd olunub.
Avtobuslarda bank kartı ilə ödəniş nə vaxt mümkün olacağı barəsində isə bildiriblər ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.
"Paralel olaraq bank kartları vasitəsilə də gediş haqqlarının ödənilməsinin təmin edilməsi istiqamətində işlər aparılır", - qurumdan bildirilib.
Turlar.az [newsid: 0-123300]

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat