Bakının 30 il Brüsselə gedib-gəlmək niyyəti yoxdur: "Budəfəki Brüssel görüşü real nəticələrlə yadda qalacaq" - İLGİNC PROQNOZ

Bakının 30 il Brüsselə gedib-gəlmək niyyəti yoxdur: Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə növbəti görüşü gözlənilir. Son günlərsərhəddə baş verən erməni təxribatları fonunda bu görüşün olduqca maraqlı və gərgin keçəcəıyi deyilir. Siyasi analitiklər Brüssel görüşündə müəyyən müsbətnəticələrin əldə olunacağını da proqnozlaşdırırlar.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Turan Rzayev qarşıda Azərbaycan cəmiyyətini maraqlı bir Brüssel görüşü gözlədiyini açıqlayıb:
Bakının 30 il Brüsselə gedib-gəlmək niyyəti yoxdur: "Son günlər Ermənistan-Azərbaycan arasındakı şərti dövlət sərhədində və rus sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə separatçıların davamlı təxribatlar törətməsi və rəsmi Bakının buna "Qisas-2″ əməliyyatı ilə cavab verməsi fonunda Brüssel görüşü olduqca gərgin keçəcək. Bundan başqa daha öncə Qərb formatında iki görüşün keçirilməsi və mühüm nəticələrin əldə olunmaması çox vacib nüans kimi qeyd olunmalıdır. Söhbət Kişnyov və Vaşinqton görüşlərindən gedir. Hansı ki, bu görüşlərdə istənilən nəticə əldə edilməyib. Bu baxımdan Brüssel görüşünə bir qədər pessimist ruhda yanaşılır. Amma hesab edirəm ki, budəfəki Brüssel görüşü real nəticələrlə yadda qalacaq. Burada söhbət təbii ki, görünən və görünməyən nəticələrdən gedir. Biz ortada bir nəticə olmadığını deyə bilmərik. Amma görüşdə ictimaiyyətə açıqlanmayan nəticələr də əldə olunur. Ermənistan tərəfi də, rəsmi Bakı da bəzən bu nəticələri açıqlamır. Bunun əsas səbəbi isə Rusiya faktoru ilə əlaqədardır".
Politoloqun sözlərinə görə, Rusiya Cənubi Qafqazda sülhün olmasını, tərəflər arasında gərginliyin bitməsini istəmir:
"Bunun ən önəmli səbəbi isə Rusiyanın Cənubi Qafqazdakı varlığının burada yaratdığı süni gərginliklərlə davam etməsidir. Əgər sülh əldə olunarsa, o zaman Kremlin regiona təsir imkanları tamamilə bitəcək. Buna görə də, Moskva münaqişəni uzatmaqda israrlıdır. Kreml ən yaxşı halda özünə sərf edən sonluğun olmasını istəyir. Hesab edirəm ki, Brüssel görüşü zamanı ən çox sərhədlərin delimitasiyası məsələsi, kommunikasiya xəttlərinin açılması, əsirlərin mübadiləsi və Zəngəzur dəhlizi mövzusu müzakirə ediləcək. İndiki məqamda əsas fikir ayrılığı Zəngəzur dəhlizi üzərindədir. Sərhədlərin müəyyənləşdirilməsi məsələsində müəyyən qədər irəliləyiş olsa belə, Zəngəzur dəhlizi mövzusunda Bakının tələblərini İrəvan qəbul etmək istəmir. Buna görə də, proses uzanır və gərginlik artır. Amma rəsmi Bakının 30 il Brüsselə gedib-gəlmək niyyəti yoxdur. Bu dəfə vəziyyət ATƏT-in Minsk Qrupunun vaxtındakı kimi olmayacaq. Əgər növbəti Brüssel görüşündə real nəticə əldə olunmasa, bu zaman Azərbaycanın "Qisas-3″ adlı əməliyyata başlaması və məsələni hərbi yolla həll etməsi mümkündür".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 06 iyul 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

İran XİN-dən 14 iranlının Azərbaycanda arzuolunmaz elan edilməsinə münasibət

İran Xarici İşlər Nazirliyi (XİN) 14 İran vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı məlumata münasibət bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, İran XİN-in sözçüsü İsmayı

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri xeber xeber.az bu gun xeberler az