Bakının bu ərazisində yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR
Bütün paytaxt sakinləri kimi Bayıl sakinləri də ərazidə yaranan nəqliyyat sıxlığı və tıxacdan narahatdırlar.
Qəsəbə sakinləri redaksiyamıza müraciətlərində bildirdilər ki, yaranan gündəlik tıxac onları həm mənəvi, həm də psixoloji olaraq yorur.
azxeber.com "redaktor.az"a istinadən xəbər verir ki, ərazidə bir tək ictimai nəqliyyat növü – avtobuslar fəaliyyət göstərir.
Maraqlıdır, Bakının giriş qapısı hesab edilən belə önəmli ərazidə həm tıxacın, həm də avtobuslarda insan sıxlığının azaldılması üçün alternativ ictimai nəqliyyat növləri yaradılacaqmı?
Məsələ ilə bağlı "Bakı Metropoliten" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov dedi ki, gələcəkdə Bayıl qəsəbəsinə metro xəttinin çəkilməsi nəzərdə tutulub.
"Bayıl və Badamdar ərazisi metropolitenin konseptual inkişaf sxemində var. Amma bu ərazilərdə metronun icrası ilə bağlı konkret tarixlər yoxdur.
Bu ərazilər təxmini nəqliyyat qovşağının zolaqlarıdır. Yuxarı hissə Badamdardır, aşağı hissə isə Bayıldır. Ümumiyyətlə, gələcəkdə metropolitenin sarı xətti Bibiheybətdən Binəqədiyə qədər 11 stansiyadan ibarət bir xətt olacaq.
Amma onun hələ ki, nə layihələndirilməsi, nə də inşası aparılır. Bu məsələ yaxın gələcəyin planlarına daxil deyil. Çünki yaxın gələcəyin ən vacib planları hazırda inşası davam edən stansiyaların, o cümlədən Xocahəsən qəsəbəsinin yerüstü stansiyası, inşası davam edən B4 stansiyası (bənövşəyi xəttin dördüncü yeraltı stansiyası) və ən vacib olan layihə xətlərin ayrılması məsələsidir".
Qurum rəsmisi qeyd etdi ki, Masazır, Xırdalan əraziləri isə Bakı Metropolitenin konseptual inkişaf sxemində yer almayıb:
"O istiqamətlərdə metro tikintisi nəzərdə tutulmayıb",- o əlavə etdi.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var