Bakının bu küçəsində kirayə evlər od qiymətinədir - Buna görə imiş

Bakının bu küçəsində kirayə evlər od qiymətinədir - Buna görə imişPaytaxtın əksər ərazilərində evlərin kirayə qiymətlərinin yüksək olması hamıya məlumdur. Lakin Bakının mərkəz ərazilərində elə küçələr var ki, orada kirayə mənzillər sözün əsl mənasında fantastik sayıla biləcək qiymətlərə təklif olunur. 
Nərimanov rayonu, Teymur Əliyev və Nəsimi rayonu, Həsən Əliyev (keçmiş İnqilab) küçələrində evlərin kirayə dəyəri dodaq uçuqladır. Sözügedən küçələrdə evlərin kirayə qiymətləri ortalama 800-1000 manatdan başlayaraq, 5 min, hətta 6 min manata çatır. Maraqlıdır ki, belə evlərin kirayəsinə tələbat həddən artıq çoxdur. 
Yenisabah.az kirayə qiyməti ifrat dərəcədə yüksək olan belə evlərə göstərilən hədsiz rəğbətin səbəblərini araşdırıb. Məlum olub ki, insanlar arasında bu evlərə tələbatın olmasının arxasında olduqca maraqlı və qəribə nüanslar dayanır. Belə ki, Nərimanov və Nəsimi rayonlarının sözügedən küçə və məhəllələrində sakinlərin mütləq əksəriyyəti maddi imkanı olduqca yüksək şəxslərdir. Burada kirayədə yaşamaq istəyən insanlar da məhz bu səbəbdən, yəni varlı və imkanlı insanlarla qonşu olmaq üçün belə evlərə üz tuturlar. Qəribə görünsə də, həmin məhəllələrin kirayəşinləri varlılarla qonşu olmağı xüsusi prestij, nüfuz və "oliqarxlıq" hesab edir. Araşdırmamız zamanı məlum oldu ki, varlıların mədəni və sakit həyatı belə insanlarda ciddi marağa səbəb olur.
Mövzu ilə bağlı soraqlaşdığımız realtorlar bildirdilər ki, belə evlərə müştəri düşən kirayəçilər "harada yaşayırsan?" sualına "Həsən Əliyev küçəsində" və ya "Teymur Əliyev küçəsində" cavabını verə bilməkdən ötrü onlara həvəslə müraciət edirlər. Realtorların sözlərinə görə, qiymətlər baha olsa da, həmin məhəllələrdə olan kirayə mənzillərə tələbat yüksəkdir. 
Məlumat üçün bildirək ki, hər iki məhəllədə satışa təqdim olunan mənzil və həyət evlərin qiymətləri də paytaxt bazarında "lider" sıralarda qərarlaşıb.  / azxeber.com

Sosial       Tarix: 26 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bütün risklər gözə alındı: Hesab ödəmə vaxtıdır - Benzin, İranla müharibə, sonu görünməyən böhran

Donald Tramp böyük oynamağı sevir. Miqyaslı qərarlar, sərt bəyanatlar, kəskin danışıqlar və maksimum risklər… Lakin böyük siyasətin xoşagəlməz bir xüsusiyyəti var: bəzən geosiyasi ambisiyaların hesabını prezident yox, ad

Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər

Hüquqi şəxslərin elektron dövlət qeydiyyatına görə rüsum güzəştinin daraldılması təklif olunur. xəbər verir ki, hazırda hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. Layihədə isə bu güzəştin yerli və ya xaric

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar və ya 0,58% artaraq 107,46 ABŞ dolları olub. Qeyd edək ki, ötən gü

Şahbuza qar yağır

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar yağışı müşahidə olunub. "Unikal"-a istinadən xəbər verir ki, rayonun Batabat yaylağı, dağ kəndləri və Biçənək ərazisi qar örtüyün

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə

Azərbaycanda bu fond ləğv olunur

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur. KONKRET.azəbər verir ki, bu, "Tullantılar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bununla, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyya

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə -un sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayra

Kuryerlər üçün aylıq vergi təklif olunur

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. oxuaz-a istinadən xəbə

Dövlət bu şəxslərə 11 min manat verəcək

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müxtəlif sosial kateqoriyalardan olan vətəndaşlara dövlət büdcəsindən və ya müvafiq fondlardan müəyyən həyat hadisələri, xüsusi xidmətlər və ya sosial dəstək məqsədil


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou maraqlı xəbərlər cəbhədən son məlumatlar son xeber.az