Bakının planı budur: Qarabağa yerləşir, sonra... - Baqratyan
Ermənistan Baş naziri Nikol Paşinyanın "Qarabağ Azərbaycanın Konstitusiyasına uyğun həll olunmalıdır" sözlərinin ictimai müzakirəsi davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə keçmiş baş nazir Hrant Baqratyan da proqnozunu verib. O bildirib ki, Ermənistan hakimiyyəti "Qarabağı Azərbaycanın üzərinə atmaq istəyir", bu isə o deməkdir ki, Qarabağdakı ermənilər heç bir status almayacaq:
"Bir müddətdən sonra Bakı Azərbaycan qanunlarının bütün Qarabağda tətbiqini tələb edəcək. Bəli, rus hərbçiləri orda qalacaq. Azərbaycan qanunvericiliyinin tətbiqindən sonra qaçqınların qayıdışına başlanılacaq, azərbaycanlılar Qarabağa qayıdacaqlar. Sonra azərbaycanlılar Ermənistana da yerləşməyə başlayacaqlar (Ermənistandan 1988-ci ildə qovulan azərbaycanlıların geri qaytarılmasına başlanılacağını nəzərdə tutur – red.), ancaq Bakı və Sumqayıtdan olan ermənilər geri qayıtmayacaq. Beləcə, problem (ermənilər üçün) daha da pisləşəcək".
Baqratyan Rusiya sülhməramlılarının Qarabağdan çıxmasını da istisna etməyib:
"Türkiyə və Azərbaycan Qarabağ məsələsini qısa müddətdə həll etmək istəyir. Bu, Rusiyanın diqqətinin hazırda daha çox Ukraynaya yönəlməsi ilə bağlıdır".
Keçmiş baş nazir onu da xatırladıb ki, Rusiyada Ermənistanla bağlı "təhrif olunmuş rəy" (Ermənistanın Rusiyaya xəyanət etməsi – red.) formalaşıb:
"Ermənistana qarşı təkcə Dövlət Dumasının bəzi deputatları deyil, o cümlədən XİN, hətta Prezident Putinin mətbuat katibi də mənfi fikirdədir".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş