Bakubus' avtobuslarında sürət həddi niyə endirildi?
"Bakubus"a məxsus avtobusların sürət limiti endirilib. Sərnişinlərin sözlərinə görə, sürət həddi saatda 50 km-ə salınıb. Bu isə gecikmələrə səbəb olur.
azxeber.com Milli.Az-a istinadən bildirir ki, sərnişinlərin fikirlərini sürücülər də təsdiqlədi. Bir aya yaxındır ki, tətbiq edilən sürət limiti heç onların da ürəyincə deyil.
Məsələ ilə bağlı "BAKUBUS" MMC-dən "Xəzər Xəbər"ə bildirilib ki, bu qərarın verilməsinə səbəb qəzaların sayının artması olub.
Qurumdan o da bildirildi ki, bu qərar sözügedən avtobuslar üzrə qəza statistikasına müsbət təsirini göstərib. Belə ki, qəzaların sayı 40 faiz azalıb. Hazırda xüsusi avtobus zolaqlarının genişləndirilməsi üzrə işlər davam etdirilir. Avtobus zolaqlarının üstün cəhətlərindən biri təhlükəsiz və operativ sərnişindaşımanın həyata keçirilməsidir:
"Zolaqlar şəbəkəsi genişləndikcə sürət həddinin tənzimlənməsinə yenidən baxılma zərurəti meydana çıxacaq",- deyə qurum rəsmisi əlavə edib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir