Balakəndə COVID-19 xəstələri barəsində cinayət işi başlanılıb
Balakəndə koronavirus infeksiyasına yoluxmuş ər və arvadın karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşadıqları ünvanı tərk etdikləri barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Open.az-a verilən məlumata görə, rayonun Qullar kənd sakinləri - İlqar Taralov və Ruqiyyə Taralovaya COVID-19 virusuna yoluxduqları üçün evdə müalicə təyin edilib və sanitar-karantin rejimi qaydalarına riayət etmələri tapşırılıb. Lakin onlar qaydalara biganə yanaşaraq yaşadıqları ünvanları tərk etməklə ətrafdakıların da sağlamlığı üçün təhlükə yaradıblar. Həmin şəxslərin rayonun Gərəkli kəndi ərazisində olduqları müəyyən olunub və həkimlərin də iştirakı ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
İ.Taralov və R.Taralova barəsində Balakən Rayon Polis Şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Xidmetler [newsid: 0-123300]

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı