Balakəndə narkotik satan dörd nəfər saxlanılıb - VİDEO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dörd nəfər saxlanılıb.
KONKRET.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan keçmiş məhkumlar Arif Muradov və Akif Musayev tutulub. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Cinayət Axtarış Bölməsi və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat nəticəsində isə rayon sakinləri əvvəllər məhkum olunmuş Mehman Emçiyev və Fərid Müftəliyev saxlanılıb. Onların üzərinə baxış keçirilərkən M.Emçiyevdən heroin, F.Müftəliyevdən isə külli miqdarda psixotrop maddə olan metamfetamin ("patı") aşkarlanıb.
Faktlarla bağlı Balakən RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həmin 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar