"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO

"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat, eləcə də narkotik vasitələr saxlayan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib.
DİN-dən verilən məlumata görə, daxil olan əməliyyat məlumatı əsasında əvvəllər məhkum olunmuş, narkotik vasitələrin satışında şübhəli bilinən vətəndaş Şahmar Əhmədov tutulub. Onun evində axtarış aparılan zaman 9 kiloqrama yaxın satış üçün nəzərdə tutulan narkotik vasitə olan marixuana aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı isə əvvəllər məhkum olunmuş vətəndaş Polad Əkbərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd "Mauzer" markalı tapança aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən vətəndaş Rəşad Ələsgərli tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" markalı tapança aşkar edilərək götürülüb.
Baş İdərənin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı əvvəllər məhkum olunmuş vətəndaş Əkbər Nağıyev tutulub. Onun üzərindən 5 qrama yaxın psixotrop maddə olan metamfetamin, yaşadığı evdən müvafiq sənədləri olmayan lüləsi və qundağı kəsilmiş TOZ markalı ov tüfəngi və həmin silaha aid 8 ədəd patron aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən növbəti əməliyyat zamanı isə vətəndaş Eldar Terequlov saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 1 ədəd "Marqolin" konstruksiyalı tapança, həmin silaha məxsus 1904 ədəd patron və 2 ədəd pnevmatik tapança aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə vətəndaş Ramil İsmayılov saxlanılıb. Onun üzərindən bir ədəd "Makarov" markalı tapança,həmin silaha aid 1 ədəd səsboğucu, 1 ədəd daraq və 7 ədəd patron aşkar edilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Elçin Xudiyev və Elman Muradov saxlanılaraq Baş İdarəyə gətirilib. Onların üzərlərinə və Elçin Xudiyevin idarə etdiyi avtomobilə baxış zamanı 4 ədəd bağlamanın içərisində ümumilikdə 11 kiloqram narkotik vasitə aşkar edilib.
Baş İdarənin əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Eldar Mürşüdov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd "Naqan" tipli tapança aşkar edilib.
İdarə əməkdaşlarının keçirdikləri sonuncu tədbir zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 2 nəfər - Nicat Məmmədov və Xəyyam Hüseynov saxlanılıblar. Bu şəxslərdən 5 qramdan artıq narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan cinayət törətməkdə şübhəli bilinən şəxslər barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Aşkar edilən külli miqdarda narkotik maddələrin mənbələrinin müəyyən edilməsi və saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində araşdırmalar davam etdirilir.

"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO"Bandotdel"dən genişmiqyaslı əməliyyat: Silahlı şəxslər tutuldular - FOTO/VİDEO

Sosial       Tarix: 11 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx


son xeberler yeni xeberler azerbaycan xeberleri hava haqqinda sonxeber en son xəbərlər bugün en son xeberler