Bank BTB'də çətin durum: qeyri-faiz gəlirləri kəskin azaldı
"Bank BTB" ASC 2023-cü ilin I yarısında 309 min manat xalis mənfəət əldə edib. Bank 2022-ci ilin eyni dövründə 5,3 milyon manat xalis zərər açıqlamışdı.
Bu barədə "Bank BTB"nin maliyyə hesabatına istinadən xəbər verir.
Hesabata görə, bankın faiz gəlirlərinin həcmi illik müqayisədə 10% artaraq 14,8 mln. manat təşkil edib. Bankın faiz xərcləri 16,4% artaraq 9,4 milyon manat olub. Nəticədə bankın xalis faiz gəlirləri 5,3 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 6,9% çoxdur. Bankın qeyri-faiz gəliri 19,2% azalaraq 2,2 mln. manat, qeyri-faiz xərcləri isə 13,3% azalaraq 6,5 mln. manat təşkil edib. Bu dövrdə Bankın əməliyyat mənfəəti 12,3 dəfə artaraq 905 min manata bərabər olub. Ötən ilin eyni dövründə isə "Bank BTB" 74 min manat əməliyyat mənfəəti açıqlamışdı.
2023-cü ilin I yarısında bank mümkün zərərlər üzrə ehtiyatları 2,3 milyon manat artırıb və nəticədə yarım ili 309 min manat xalis mənfəətlə başa vurub.
Qeyd edək ki, Bank hələlik balans hesabatını açıqlamayıb. / azxeber.com

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR