Bank kartları dələduzların hədəfinə necə çevrilir?

Bank kartları dələduzların hədəfinə necə çevrilir?Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı həyəcan təbilinin çalındığı bir vaxtda insanlar hər gün yeni üsullarla aldadılırlar. Dələduzlar müxtəlif yollarla insanların inam və etibarını qazanaraq onları çıxılmaz vəziyyətə salır. Son zamanlar isə vətəndaşlara məxsus fiziki bank kartlarının aldadılaraq ələ keçirilməsi ilə bağlı dələduzluq halları artıb. Belə ki, müxtəlif yollarla vətəndaşlarla əlaqə quran dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir.
Bəs bank kartını başqalarına vermək nə ilə nəticələnə bilər?
Fərdi məlumatların oğurlanması: Bank kartını və ona aid məlumatların 3-cü şəxsə ötürülməsi, eyni zamanda fərdi məlumatların da ötürülməsi deməkdir. Bununla da dələduzlar məlumatını əldə etdiyi şəxsin maliyyə hesabına giriş əldə edə və onun bütün bank əməliyyatlarına nəzarət edə bilirlər. Belə hallarda adətən aldadılan şəxslərin adı ilə qeyri-qanuni maliyyə əməliyyatları icra edilir. Xüsusən də qanunsuz yollarla əldə edilən vəsaitlərin izlərinin itirilməsi prosesində bu kimi kart hesabları istifadə edilə bilir.
Maliyyə itkiləri: Kartın başqasına verilməsi dələduza hesabdakı vəsaitdən istədiyi kimi istifadə etmək hüququ verir. Bu isə istifadəçiyə məxsus bütün bank hesablarını təhlükə altına ata və maliyyə itkisinə səbəb ola bilər.
Hüquqi nəticələr: Hər bir vətəndaş ona məxsus bank kartları ilə icra olunan əməliyyatlara qarşı cavabdehdir. Kartın başqasına verilməsi kart sahibinə hüquqi öhdəlik yaradır. 3-cü tərəfə verilən kartla hər hansı qanunsuz əməliyyat həyata keçirildikdə kart sahibi bu əməliyyatın nəticəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Pulunuzu itirməmək və cinayətin bir hissəsi olmamaq üçün diqqətli olmaq çox vacibdir.
Kartınızı yalnız özünüz istifadə edin: Bank kartları yalnız bank hesabı açılan müştəriyə məxsusdur və onun istifadəsi üçün nəzərdə tutulub.
Şübhəli əməliyyatlar zamanı diqqətli olun: Kart hesablarınızı mütəmadi olaraq nəzarətdə saxlayın. Şübhəli əməliyyat, kartınızdan vəsait itkisi və ya gözlənilməz mənbədən mədaxil gördüyünüz halda dərhal müştərisi olduğunuz banka və hüquq mühafizə orqanlarına müraciət edin.
Dələduzlara aldanmayın: Sizdən bank kartlarınızı hansısa ödəniş və ya xidmət qarşılığında istəyən şəxslərə qarşı diqqətli olun. Kartınıza və ya bank hesabınıza dair məlumatlar yalnız sizə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Bu məlumatları sizdən istəyən şəxslərlə bağlı dərhal aidiyyatı orqanlara xəbər verməniz tövsiyə olunur.
Kapital Bank olaraq bir daha xatırladırıq ki, maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı vətəndaşların da diqqətli olmaları, şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını digər şəxlərlə paylaşmaması olduqca vacibdir. Şübhəli hallarla qarşılaşdığınız zaman dərhal müştərisi olduğunuz bankın qaynar xəttinə xəbərdarlıq edin. Hər hansı şübhəli mesaj, zəng və ya sosial media hesabını görsəniz, dərhal müvafiq qurumlara və müştərisi olduğunuz banka bildirin. Beləliklə, başqalarının da kiberdələduzların hədəfinə çevrilməsinin qarşısını ala bilərsiniz.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 115 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / azxeber.com

İqtisadiyyat       Tarix: 19 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər