Bank müştəriyə aşağı faiz deyib, sonra yüksək faizlə kredit verir – Vətəndaş bu halda nə etməlidir? - ÖZƏL

Bank müştəriyə aşağı faiz deyib, sonra yüksək faizlə kredit verir – Vətəndaş bu halda nə etməlidir? - ÖZƏLAzərbaycanda bəzi banklar bir-biri ilə rəqabətə girərək faizləri azaldırlar. Məsələn 13-14 faizlə kredit təklif edən banklara rast gəlinir. Amma banka müraciət edəndə məlum olur ki 13-14 faizlə kredit yalnız əmək haqqı yüksək olan şəxslərə verilir. Maaşı az olanlara isə yüksək faizlər təklif olunur. Bu, bir növ reklam xarakterli təklif kimi xarakterizə olunur və müştəri cəlb etməyə hesablanır. Bəs bu cür addımların atılması nə dərəcədə düzgündür?.
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə,  səhv reklam vermək təbii ki, qanunvericiliyin pozulmasıdır: "Bu, haqsız rəqabət haqqında qanunla tənzimlənir. Həmin qanunun 9-cu maddəsində göstərilir ki, istehalkçıların çaşdırılması qanunsuzluqdur. Burada vətəndaşların sərbəst seçiminə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması istehalkçıların çaşdırılması sayılır. İstehlakçının çaşdırılmasına görə isə cərimə nəzərdə tutulur. Haqsız rəqabət haqqında qanunun 12-ci maddəsinə görə, buna yol verməklə satılmış mallardan əldə olunan gəlirin 10 faizinədək, bundan sonrakı il ərzində eyni hərəkəti təkrar törətdikdə isə 20 faizinədək maliyyə sanksiyası tətbiq edilə bilər. Bu məsələni tənzimləyən qurum isə  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətidir. Əgər haqsız olaraq aldadılır, yanlış məlumat verilir, istehalkçılar çaşdırılır və onların zamanı alınırsa, o zaman adıçəkilən quruma məlumat vermək lazımdır. Nazirlik istehalkçını aldadan şirkəti cərimələyə bilər".
Bank müştəriyə aşağı faiz deyib, sonra yüksək faizlə kredit verir – Vətəndaş bu halda nə etməlidir? - ÖZƏLEkspert əlavə edib ki, belə aldatmaları müəyyənləşdirmək üçün  konkret reklam mətnlərinə baxmaq və müqayisə etmək olar: "Hər bir reklam mətnini analiz etmək lazımdır ki, burada qanunun tələbin in pozulub-pozulmadığını bilmək olsun.  Əgər bank deyirsə ki, 15 faizdən başlayan kredit verirəm, burada qanun pozuntusundan danışmaq olmaz. Bankın verdiyi kreditin faiz dərəcəsini müəyyənləşdirəndə müştəri ilə bağlı risklər əhəmiyyətli amildir. Az riskli müştəriyə az, çox riskli müştəriyə isə çox faizlə kredit verilə bilər. Çünki bu bankın səlahiyyətində olan bir məsələdir və qanunsuzluq deyil. Hətta AMB tələb edir ki, müştəriyə kredit verməzdən öncə onun maliyyə vəziyyətini yoxlasın. Onun kredit ödəyə bilib-bilməyəcəyini, intizamlı borclu olub-olmadığını müəyyənləşdirsin. Yəni müştərinin rəsmi gəlirləri mütləq müəyyən edilməlidir".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 09 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber saytlari sonxeber bugünkü son xəbərlər son xeber 2026