Bank of Baku-dan qadın sahibkarlara dəstək – Praqmatik maliyyə təlimi
Bank of Baku ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə mikro, kiçik və orta biznesləri əhatə edən maarifləndirici təlim təşkil edib.
"25 Aprel – Sahibkarlar Günü" ərəfəsində Bank of Baku-nun təşkilatçılığı və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) dəstəyi ilə keçirilən təlimdə 20-dən çox sahibkar qadın iştirak edib. "Praqmatik Maliyyə: Qadın Sahibkarlar üçün Artım Modelləri" mövzusunda keçirilən təlimin əsas məqsədi qadın sahibkarlar arasında maliyyə savadlılığını artırmaq və bizneslərin dayanıqlı inkişafına töhfə verməkdir.
Təlim çərçivəsində maliyyə hesabatlarının tərtibi, nağd axınının idarəedilməsi, kredit yükünün optimallaşdırılması və bizneslə şəxsi maliyyənin ayrılması kimi əhəmiyyətli mövzular əhatə olunub. Təlimin 2-ci hissəsində isə müasir investisiya alətləri müzakirə edilib, kriptovalyuta, əmanət, istiqrazın fərqli cəhətləri, üstünlükləri və riskləri barədə danışılıb.
Tədbirdə təlimçi qismində Bank of Baku-nun KOB bankçılıq departamentinin direktor müavini, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi İsmayıl Məmmədov və Bank of Baku-nun Xəzinədarlıq departamentinin şöbə müdiri Hüseyn Hüseynli çıxış edib.
Qeyd edək ki, KOB subyektlərinə dəstəkləyici həllərin təqdim edilməsi və korporativ bankçılıq istiqamətinin genişləndirilməsi "Bank of Baku"nun strateji inkişaf planında xüsusi yer tutur.
Bank of Baku hazırda 21 filialında 1 milyondan çox həm fiziki, həm də hüquqi şəxs olan müştərilərinə müxtəlif bankçılıq xidmətləri təqdim edir.
Bank of Baku-nun məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
www.bankofbaku.com
www.facebook.com/bankofbaku






/ azxeber.com

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb